Lombardların gələcək fəaliyyətinə aydınlıq gətirildi

Gələcəkdə Azərbaycanda fəaliyyət göstərən lombardlar Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə alınacaq. APA-ya istinadən bildirir ki, hazırda Palata bununla bağlı müşahidələr və bazar təhlilini aparır. Palatadan bildirilib ki, lombardların arasında yaxşı fəaliyyət göstərən, peşəkar olanlar da var: "Hətta onların bir neçəsi lombard biznesini qurmadan öncə Rusiyadan mütəxəssislər dəvət edib, Rusiyanın təcrübəsindən istifadə edənlər var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00