Bu xəstəliyi qırmızı soğanla müalicə edin - RESEPT

Qalaxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Onun balaca kəpənək ölçüsündə olmasına baxmayaraq, daxili çanaqdan tutmuş bütün orqanizmə, hətta əhval-ruhiyyəyə qədər təsirləri var. Bu orqanın funksiyasının pozulması insanın  zahiri görkəminə təsir etməsə də, orqanizmdə bütün endokrin sistem ona tabedir. Orqanizmdə yod çatışmazlığı yaşananda qalxanvari vəzin funksiyası pozulur, xroniki yorğunluq, hormonal balansın pozulması müşahidə edilir. Ona görə, daim qida rassionuna tünd, marqans rəngli məhsullar, dəniz yosunu, nar, alma, keyfiyyətli balıq, turşəng, quşqonmaz (mərəcüyüd) və qırmızı soğan daxil etmək məsləhətdir. 

Bu məhsulların tərkibi yodla zəngindir.

ATV.az bu gün də asan və tez əldə olunan araşdırma təqdim edir. Bu üsul qırmızı soğan kompresidir. Bu vasitə əsasən qalxanabənzər vəzin böyüməsindən şikayət edənlər üçün daha sərfəlidir. Artıq 1 aydan sonra nəticələr sizi təəccübləndirəcək.

Lazım olacaq:

500 qr qırmızı soğan və steril marla, ya bint.

Soğanlar yaxşıca blenderdən və ya ət maşınından keçirilir.

Əzilmiş soğanlar bintin arasına yığılıb boğaza qoyulur.

Bintin üzərindən ya kompress kağızı, ya da salafanla sarınır. Ən üstdən isə isti şərf bağlanır.

Bu kompres 1 ay müddətində davamlı olaraq  həftədə 2 dəfə edilərsə, xəstəlikdən qurtulmuş olacaqsınız.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00