3 iclasdan sonra Milli Məclis tətilə gedir

Milli Məclisin may ayı üçün iclaslarının vaxtı məlum olub. Milli Məclisdən verilən məlumata görə, bu ay 3 plenar iclas keçiriləcək. İlk plenar iclasın vaxtı məlumdur. Mayın 6-da keçiriləcək plenar iclasın gündəliyi də bəllidir. Sabah keçiriləcək iclasın gündəliyinə 16 məsələ çıxarılıb. Parlamentin növbəti iclasları isə mayın 17 və 31-də keçiriləcək. Daxili Nizamnaməyə uyğun olaraq Milli Məclisin yaz sessiyası may ayında keçirilmiş sonuncu iclasla, yəni mayın 31-də bitmiş hesab olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00