Mersində Heydər Əliyevin 93-cü ildönümü qeyd edilib

Türkiyənin Mersin vilayətində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib. "OLAYLAR"-un Mersin Bələdiyyəsinə istinadən verdiyi xəbərə görə, Tarsusdakı Heydər Əliyev parkında təşkil olunan tədbirdə Mersin Bələdiyyəsinin sədri Burhanəddinn Kocamazla yanaşı Xətai Rayonİcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradov və Xətai bələdiyyəsinin sədri Əliyar Əliyev də iştirak edib. Tədbirdə çıxış edən Mersin Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz Heydər Əliyevin xatirəsinin daim uca tutulduğunu deyib. Bildirib ki, Tarsusda Heydər Əliyev körpüsü və Heydər Əliyev Parkı açılıb. Bildirib ki, bu həm Heydər Əliyev şəxsiyyətinə olan hörmət, həm də Azərbaycan və Türkiyə qardaşlığının göstəricisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00