Paytaxtın daha bir küçəsində təmir başladı
5 May 2016 16:53 SosialNizami rayonu Rüstəm Rüstəmov küçəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir işlərinə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir-tikinti işləri çərçivəsində hazırda küçə boyu hazırda köhnə səki daşlarının sökülməsi işləri aparılır. Söküntü işləri yekunlaşandan sonra küçəyə 8 min p/m yeni səki daşının düzülməsi və köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Ümumilikdə küçənin 100 min m2 -dən çox ərazisinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınacaq, yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulacaq. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.