Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
5 May 2016 15:27 SosialCüdo idman növü üzrə 6-8 may tarixlərdə Heydər Əliyev İdman Arenasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Grand Slam (Böyük Dəbilqə) turniri keçiriləcək. GİN-dən "OLAYLAR"-a bildirilib ki, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Grand Slam (Böyük Dəbilqə) turniri bu il sayca 4-cüdür. Yarışdan sonra 9-11 may tarixlərində təlim-məşq toplanışı keçiriləcək. Həmçinin hakimlər və məşqçilər üçün seminar təşkil olunacaq. 89 ölkədən 594 idmançı və 300 rəsmi nümayəndə qeydiyyatdan keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00