MQF hesabat verdi

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) 2015-ci il üçün illik hesabatı və 2016-cı il üçün fəaliyyət proqramının təqdimatı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, təqdimatda MQF-nin prezidenti Rauf Zeyni 2015-ci ildə MQF-nin həyata keçirtdiyi layihələr barədə məlumat verib. Sonra MQF-nin koordinatoru Cəmilə Abdullayeva "QHT-lərə instisional inkişaf sahəsəndə xidmətlərin göstərilməsi" adlı layihə çərçivəsində 2015-ci ildə keçirilmiş tədbirlər haqqında geniş məlumat verib və MQF-nin prezidenti Rauf Zeyni həyata keçirilən layihələr haqqında illik maliyyə hesabatını təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00