Türkiyəli yazar məktəblilərlə görüşüb

Türkçülük mövzusunda yazdığı dəyərli kitabları və məqalələri ilə tanınan Muhsin Kadıoğlu Azərbaycana gəlib. "OLAYLAR"-ın xəbərinə görə, səfər ərəfəsində yazar və onu müşayət edən  Bəsirə Əzizəliyeva Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində olublar. Liseyin rəhbərliyi ilə görüşən yazıçı təhsil ocağlnda gedən dərs prosesi ilə maraqlanıb, şagirdlərlə görüşüb. Liseyin müəllim və şagird heyəti ilə söhbət edən Muhsin Kadıoğlu türk dünyasının mövcud durumu, türkçülük barədə fikirlərini bölüşüb. Muhsin Kadıoğlu müəllifi olduğu bir neçə kitabı liseyə hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00