“AtaHolding” AHİK tərəfindən mükafatlandırıldı
5 May 2016 14:00 SosialAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumdünya əməyin mühafizəsi gününə həsr olunmuş "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "AtaHolding" ASC-nin kollektivinə Sağlam və Təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi devizi ilə 2015-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə diplom təqdim edilib.Diplom "AtaHolding" ASC Həmkarkar komitəsinin sədri Gülnar Əliyevaya təqdim edilib. "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə əlaqədar respublika müsabiqəsinin 2015-ci ilin yekunlarının nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 155-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və sahə həmkarlar ittifaqını təmsil edən 42 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.