TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupu Bakıda toplandı
5 May 2016 13:46 SosialBakıda TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib. Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak ediblər. Azərbaycanı tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov, "ADY Express" MMC-nin direkrotu Azad Qasımov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Fərhad Quliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktorunun müavini Vahid Əliyev və digər rəsmi şəxslər təmsil ediblər.İclasda Qazaxıstan, Ukrayna və Gürcüstanın müvafiq qurumları təmsil olunub. Tərəflər, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunda rəqabətə davamlı tariflərin tətbiq olunmasını və Dostık/Altıngöl-Aktau-Bakı (Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarını müzakirə ediblər. Eyni zamanda iclasda, aprel ayında yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat konsorsiumunun iş planı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun koordinasiya komitəsinin iclasının gündəliyi və digər məsələlər diqqət mərkəzində olunub. İclasın yekununa dair protokolun imzalanması nəzərdə tutulur.