Vasitəçiləri beynəlxalq normalar, ədalət, obyektivlik qətiyyən maraqlandırmır

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Urolikin Amerikada daşnaklarla görüşməsi nə deməkdir bilirsinizmi? Moskvaya göstərməkdir ki, Rusiyanın öz erməniləri olduğu kimi Amerikanın da öz erməniləri var. Və Dağlıq Qarabağ problemi danışıqlar yoluyla çözülmək istənilirsə, bu reallıq nəzərə alınmalıdır. İndi aydındırmı, danışıqlar niyə heç bir nəticə vermir?". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev bildirib ki, ermənilər subyekt yox, obyekt rolunda çıxış edirlər: "Vasitəçiləri beynəlxalq normalar, ədalət, obyektivlik qətiyyən maraqlandırmır. Onları düşündürən problem çözülərsə, özlərinin nə qazanıb-itirəcəkləridir. Böyük dövlətlərin erməniyə havadarlıqlarının arxasında da daha çox din yox, məhz bu faktor dayanır. Hər biri onlardan öz maraqlarını reallaşdırmaq üçün faydalanır və yaxud da buna çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00