Jurnalist adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məlumata görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, A.Cəfərov Şamaxıda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələdzuluq) maddəsi ilə cinayət işi açılıb. Saxlanılan zaman onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00