Xalq şairi Söhrab Tahirlə vida mərasimi başlayıb

Təzə Pir məscidində xalq şairi Söhrab Tahirlə vida mərasimi başlayıb. Məlumata görə, vida mərasimində xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, yazıçı Natiq Rəsulzadə, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin rəsmiləri iştirak edir. Vida mərasimi saat 14.00-dək davam edəcək. Mərhum xalq şairi ll Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Söhrab Tahir mayın 4-də 90 yaşında dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00