Narkotik dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub
5 May 2016 12:17 SosialBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Rafiq Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib. Məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən R. Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R. Əliyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə və daşıma) maddəsinə əsasən ittiham edilib. O, bir kiloqramdan artıq narkotik vasitə ilə birlikdə həbs edilib. R. Əliyev bundan əvvəl də məhkumluq həyatı yaşayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00