Baş direktor: “Yaponiya hökuməti atəşkəs rejimini dəstəkləyir”
5 May 2016 12:06 Sosial"Aprelin 4-5-də Ermənistanın təmas xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan əsgər və zabitlərinə Allahdan rəhmət diləyirəm. Yaponiya hökuməti atəşkəs rejimini dəstəkləyir". SİA-nın məlumatına görə, bunu bugün Yaponiyanın Liberal Demokrat Partiyasının (LDP) Beynəlxalq əlaqələr bürosunun Baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bundan sonra da sülhün bərqərar olması üçün Yaponiya hökuməti öz dəstəyini əsirgəməyəcək: "Qafqaz regionu üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması çox vacib məsələdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00