“Azərbaycan tarixi və mədəniyyətimiz” Türkiyədə sərgiləndi

"Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyi növbəti uğurlu tədbirini Türkiyə Respublikasında həyata keçirib. İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizin milli dəyərlərinin bir daha tanıtımı və mentalitetimizin bugünə qədər qorunub saxlanılması prinsipi çərçivəsində mart ayının 21-də GSTM Sakarya Gənclik Hizmətləri və Spor İl Müdürlüğü Gənçlik Mərkəzi ilə birlikdə Türkiyə Respublikasının Sakarya şəhərində "Baharın Gəlişi-Azərbaycanın ülke tanıtımı" adlı tədbir təşkil olunub. Öncə Ankara və İstanbulda baş verən amansız terrordan danışılıb, qurbanların ruhu yad edilib. Tədbiri giriş sözü ilə açan GSTM-nin Beynəlxalq Əlaqələr üzrə katibi, həmçinin Sakarya Universitetinin magistr tələbəsi Vüsalə Novruzlu Azərbaycanda 2016-cı ilin "multikulturializm" ili elan olunması ilə bağlı geniş məlumat verib. Katib, çıxışlarında Azərbaycanın milli-mənəvi dəyərlərinin uzun illər bədxah qonşularımız olan ermənilər tərəfindən mənimsənilməsi istəyini və xalqımızın qədim adət-ənənələrinin unudulması, yaddaşımızdan silinməsi üçün ermənilərin əllərindən gələni etməsi kimi məkrli planlarından danışıb. Vüsalə Novruzlu həmçinin onu da qeyd edib ki, bu məkrli siyasətdən qorunmaq üçün xalqımız öz milli bayramlarını çox çətinliklə də olsa qoruyub saxlamağa müvəffəq olub. Həmçinin bədxah düşmənlərimizin ərazi bütövlüyümüzü ələ keçirtmək və bu yolda dinc əhalinin başına gətirilən min bir fəlakətin adı olan "Xocalı faciəsi" və "31 Mart Soyqırımın" dan da danışılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00