Bu yaz bir başqa yazdır
30 Mart 2016 11:49 SosialNazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi
Sevindim ki,yaz gəldı.Kənddəki həyət-bacanı qaydaya salaram.Həyətdə bacardığım əkin-biçin işlərinə başlayaram.
Amma bu yaz başqa yaz imiş. Qəbələdə hələ də qar əriməyib. Arada Təbrizdən Əbdülhəmid müəllimə zəng edib,hal-əhval tuturam. Bilir ki, nəyi soruşacağam. Deyir ki,yaz gecikib,həyətdə hələ işləməyə dəyməz. Keçən il quruyan armudların yerində İki göyəm əkmişəm. Tutları da şah tutla calaq eləyəcəyəm. Hələ vaxtı çatmayıb, tələsmə. Bir azdan işləməyə o qədər işin olacaq ki... Qəbələ hələ çox soyuqdur.
Sağ ol,Əbdülhəmid müəllim. Allah canını sağ,ömrünü uzun eləsin!
Ruzi qayğıları
və ya
Təbrizdən məktub
Calaq vurasıydım cır almalara,
Pisləşdi havalar yarımçıq qaldı.
Çəpər əyilmişdi qonşuya sarı
Düzəltdim, bir tərəf çox açıq aldı.
Yeri belləmişdim,bellətdirmişdim,
Bu işim deyəsən, yerinə düşüb.
Dağdan çəkdirdiyim bulağın gözü
Tez-tez ağlamaqdan pis günə düşüb.
Gününü torpağa bağlayanların
Hava pis olanda dalağı sancır.
Mənim tək kənd işin bilməyənlərin
Ayaqları qançır,əlləri qançır.
Gərək Polad kimi qışqırım mən də:
"Gəl, ey nazlı bahar, çicəkli bahar".
İndi mənim ruzim torpaqdan çıxır,
Tale də sözümə baxmayır daha.
Yerini dəyişmək çətin məsələ,
Nə yaman nəsneymiş bu yer dəyişmə.
Ay bahar, bahar ol, adamlıq elə,
Tulla pisliyini, bəsdir, döyüşmə.
Təbriz,
28.03.2016.