Əkrəm Əylisli ölkədən çıxarkən saxlanıldı
O, İtaliyaya kitab festivalına gedirmiş
30 Mart 2016 11:44 SosialYazıçı Əkrəm Əylisli bu gün səhər saatlarında Heydər Əliyev adına Hava Limanında saxlanılıb. Lent.az-ın məlumatına görə, o, Venesiyada keçirilən kitab festivalına getmək istəyirmiş. Yazıçı saat 5:19-da 613 saylı reyslə Frankfurta uçmalı imiş. Ə.Əylislinin həyat yoldaşı Qalina Əylislinin "Turan" agentliyinə bildirib ki, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb. Q.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00