Nərimanov rayon birinciliyi keçirilib
30 Mart 2016 11:24 SosialNərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon məktəblilərinin XXVIII spartakiadasının proqramına daxil olan oğlanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, yarışın keçirilməsində məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir. Yarışda rayonun 16 məktəb komandası tərkibində 192 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə Ankara məktəbin, II yerə 212 saylı məktəbin, III yerə isə 291 saylı Ekologiya Liseyin komandaları layiq görülüblər. Yarışın qalib komandası məktəblilər arasında keçiriləcək spartakiadanın Bakı şəhəri üzrə final mərhələsinə vəsiqə qazanıb. Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar ilə təltif olunublar