Yaponiyanın turizm şirkətlərinin Azərbaycana infoturu təşkil olunacaq
29 Mart 2016 17:03 Sosial"AtaTravel" MMC Moskvada keçirilən Conde Nast Traveller Luxury Travel Fair beynəlxalq sərgisində iştirak edib. Şirkətdən "OLAYLAR"-a bildirilib ki, sərgi çərçivəsində bir günlük lüks klass turizm biznesinin peşəkarlarını bir araya gətirən qapalı tədbir keçirilib. "AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev qeyd edib ki, bu tədbir turizmlə məşğul olan təşkilatlar üçün mühüm əhəmiyyətə malikdir, belə ki, sərgi iştirakçıları yeni tərəfdaşlarla tanış olur, işgüzar əlaqələr qurur və öz peşə təcrübələrini genişləndirirlər. Şirkətimiz "Conde Nast Traveller Luxury Travel Fair" sərgisində rus və ingilis dillərində prezentasiya materialları ilə təqdim olunmuşdu". "AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev bildirib ki, Yaponiyanın ən iri turizm şirkəti olan H.İ.S. İnternational Tours.ru-nun nümayəndəsi Maruf Umarov ilə qarşılıqlı əməkdaşlıqla bağlı uğurlu danışıqlar aparıb. Görüş zamanı Vüsal Əliyev Azərbaycanın gözəl təbiəti, müalicəvi məkanları, zəngin tarixi, mədəniyyəti və mətbəxi, qonaqpərvər insanları haqqında məlumat vermişdir. Danışıqların yekununda əməkdaşlıq çərçivəsində qarşılıqlı info turların keçirilməsi planlaşdırılır. "Excelsior Hotel Baku" oteli info turun tərəfdaşı kimi iştirak edəcək.