GİN “Sabahın ulduzları” kubok yarışı keçirir

Gənclər və İdman Nazirliyinin 2016-cı ilin vahid idman təqvim planına əsasən Biləsuvar rayonunda 2005-2006-cı il təvəllüdlü futbolçular arasında "Sabahın ulduzları" kuboku uğrunda ölkə birinciliyinin zona yarışları keçirilib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, yarışda Astara rayonunu Uşaq Gənclər İdman Məktəbinin futbol üzrə məşqçi müəllimləri Etibar Axundov və Qəhrəman Mirzəyevin hazırlaşdırdığı komanda təmsil edib. Komanda gərgin oyun şəraitində bütün rəqiblərini üstəyələrək I yerə layiq görülmüş və Respublika final mərhələsində iştirak etmək hüququ qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00