“Narkotiklər haqqında həqiqəti bilin” adlı kitabça hazırlanıb

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) (UNODC) narkotiklərə qarşı ümumdünya çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərdən istifadə olunmaqla yeni üslubda "Narkotiklər haqqında həqiqəti bilin" adlı yaddaş kitabçası hazırlamışdır. Komissiyadan "Olaylar"a verilən məlumata görə, kitabçada Azərbaycan Respublikasında qanunsuz dövriyyədə olan və narkomanların gündəlik qeyri-tibbi yolla istifadə etdikləri narkotik vasitələrin, psixotrop maddələrin ümumi təsviri, onun istifadə üsulları, istifadəçilərə təsiri, istifadə edənlərə göstərdiyi ağır nəticələr və riskin digər növləri haqqında ətraflı məlumatları əks olunub. Kitabça narkotik vasitələrin, psixotrop maddələrin növlərinə görə onu qəbul edən insanların davranışında, psixikasında və zahiri görünüşündə baş verən dəyişikliklər, həmçinin başqalarının təsiri altına düşməsindən yayınma və sair bu kimi narkomanlığın profilaktikası və əhalinin maarifləndirilməsində xüsusi əhəmiyyətlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00