SAM-ın şöbə müdiri Tacikistana gedir

Martın 29-30-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KİEP) dəvəti ilə Tacikistanın paytaxtı Düşənbə şəhərində səfərdə olacaq. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, Vüsal Qasımlı "Dəyişən Avrasiya məkanında Koreya-Mərkəzi Asiya əməkdaşlığının genişləndirilməsi" (Measures to Enhance Korea-Central Asia Cooperation in the Changing Eurasian Economic Order) konfransında məruzə ilə çıxış edəcək. SAM-ın şöbə müdirinin məruzəsi qlobal dəyər zənciri və Avrasiyada inteqrasiya təşəbbüslərinin qarşılıqlı əlaqəsi mövzusuna həsr ediləcək. Konfransda Mərkəzi Asiya və Koreyanın dövlət və akademik dairələrinin nümayəndələrinin iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00