“НТВ” kanalında Azərbaycanın turizm potensialından bəhs edən film nümayiş olunacaq
29 Mart 2016 16:18 SosialMədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. "OLAYLAR"-ın xəbərinə görə, bununla əlaqədar, Rusiyanın "НТВ" telekanalında hər həftə yayımlanan "Поедем, поедим!" kulinar-etnoqrafik verilişində respublikamızın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulur. Bu məqsədlə 2016-cı ilin 28 mart - 01 aprel tarixində Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bakı şəhərində çəkilişlər Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin Gəncə, Naftalan şəhəri və Göygöl rayonlarında aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00