Metropolitençilər Türkiyəyə səfərə göndərilib
29 Mart 2016 14:25 SosialMetropolitençilərin sosial-mədəni rifahının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə "Bakı Metropoliteni" QSC-də həyata keçirilən tədbirlər planı Novruz bayramı günlərində də davam etdirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Metropoliten İşçiləri Həmkarlar İttfaqı ilə birlikdə bayram ərəfəsində bütün metropoliteniçlərə də bayram sovqatlarınını paylanmasından savayı, işçilərin mədəni istirahətinin təşkili istiqamətində də addımlar atılıb. Belə ki, əməkdə fərqlənən 44 metropolitençi martın 22-dən 26-dək Türkiyənin İstanbul şəhərinə 4-günlük tətilə göndərilib. İstanbulun mərkəzində 4 ulduzlu istirahət mərkəzində yerləşdirilən işçilər üçün şəhər rahat turu təşkil edilib. Onlar dünya mədəniyyətinin nadir inciləri sayılan məşhur Sultan Əhməd məscidini və Ayasofya muzeyini, Topqapı sarayını, həmçinin Türkiyə və Osmanlı coğrafiyasına həsr olunmuş maketlərin yer aldığı Miniatürk parkı və İstanbul Akvariumuna səfər ediblər. Bayram günlərində metropolitençilərin səfalı bölgələrimizə səfərləri də təşkil olunub. Martın 22-dən 26-dək 114 nəfər Lerikin "Meşəbəyi" istirahət zonasına və 36 nəfər isə Qəbələnin "Qafqaz" istirahət mərkəzinə göndərilib. Bildirilib ki, ənənə üzrə, Şamaxı və Ağdam rayonlarında məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə Novruz bayramı münasibəti bayram sovqatı göndərilib.