Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xıəbərə görə, nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271, humanitar fənlər üzrə 415 şagird iştirak edəcək. Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) əldə edə bilərlər. Final mərhələsində şagirdlər iki qrup üzrə biliklərini sınayacaqlar. Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.
Fənn olimpiadalarının dəqiq fənlər üzrə final mərhələsi 15-17 aprel, humanitar fənnlər üzrə isə 22-24 aprel tarixlərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00