Erməni əsilli avropalı agent Azərbaycanda ifşa olundu
29 Mart 2016 14:06 SosialƏlvənd Mehmanın imzası ilə Azərbaycanın ən qalmaqallı dedektiv kitabı çap olunub. "OLAYLAR"-ın xəbərinə görə, gerçək faktlara söykənən kitabda avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından bəhs olunur. Eyni zamanda, kitabda Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq polislə kriminal aləmin birgə əməliyyatı da öz əksini tapıb. Kitabda məşhur avtoritet "Yaponçik"in Azərbaycan dili bilməsi də yer alıb. Həmçinin, itmiş Arran dövləti bu tarixin itirilməsində Vatikan və digər Avropa dövlətinin maraqları, Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla Həmdünyam kəndində görüşünün sirləri öz əskini tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00