Əhliman Əmiraslanov: “İnsanlar ekstrasenslərə, falabaxanlara üz tururlar”

"Psixoloji yardım haqqında" yeni qanun layihəsinin ilkin variantı artıq hazırdır və onun bu günlərdə Səhiyyə komitəsinin üzvlərinə tanışlıq üçün paylanması nəzərdə tutulur.b "Olaylar" xəbər verir ki, bu haqda parlamentin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclasında məlumat verilib. Sözügedən komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, "Psixoloji yardım haqqında" qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna çox ciddi ehtiyac var. Onun sözlərinə görə, çünki bu gün dünyanın əksər ölkələrində belə bir qanun mövcuddur: "Qeyd edim ki, qanun layihəsi üzərində də işlər davam etdirilir və biz istəyirik ki, onu plenar iclasa çıxarmazdan əvvəl komitəmizin iştirakı ilə ictimai müzakirəyə, dinləmələrə çıxaraq". Qanun layihəsinin hazırlanmasının və qəbulunun vacibliyindən danışan millət vəkili İlham Məmmədov bildirib ki, dünyada baş verən sarsıntılı iqtisadi, siyasi proseslər insanların psixoloji durumuna ciddi şəkildə təsir etməkdədir: "Psixoloji sarsıntı keçirən insanlar da həkimlərə-nevropotoloqlara, psixoloqlara üz tuturlar. Həkimlərin də silahı nə ola bilər-yalınız ağrıkəsici dərmanlar yazmaq. Bu dərmanlar da çox zaman müsbət təsir göstərmək əvəzinə, həmin insanların psixoloji duruma mənfi təsir göstərir. Çünki güclü təsirə malikdirlər. Ona görə də belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulur". Ə.Əmiraslanov isə buna cabab olaraq "insanlar həkimlərə, nevropotoloqlara üz tutsaydı dərd yarıydı, onların böyük əksəriyyəti çox zaman ekstrasenslərə, falabaxanlara üz tururlar, onlara tərəf qaçırlar. Bu da öz növbəsində daha böyük fəsadların yaranması və yaşanması ilə nəticələnir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00