Şeyx reproduktiv sağlamlıqla bağlı qanun layihəsinə xeyir-duasını verib

Komitə sədri: "Bir-iki qurum qalıb ki, onların da yaxın zamanlarda rəylərini alacağıq"

"Reproduktiv sağlamlıq haqqında" qanunun layihəsinin yeni variantı üzərində işlər tamamlanmaq üzrədir. Bu haqda parlamentin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclasında məlumat verilib. Sözügedən komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, artıq həmin sənədin parlament müzakirələrinə təqdim olunması zamanıdır: "Bildiyiniz kimi, artıq neçə illərdir ki, bu qanun layihəsi ərtafında müzakirələr, mübahisələr, söz-söhbətlər davam edir. Artıq belə hesab edirik ki, bu sənədin də yenidən müzakirələrə çıxarılması vacibdir. Bunun qəbuluna da ciddi ehtiyac duyulur". O, deyib ki, qanun layihəsində narazılıq doğuran məıqamlarla da bağlı məsələlər artıq razılaşdırılıb: "Bu sənədi rəy üçün bir necə quruma da göndərmişik. Artıq 4 qurumdan-İdman və Gənclər Nazirliyindən, Ədliyyə Nazirliyindən - bu qurumun rəyi daha vacibdir-, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Kolmitəsindən və Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) müvafiq rəylər də almışıq, onlar da bu sənədə öz müsbət münasibətlərini ifadə ediblər. Bir-iki qurum qalıb ki, onların da yaxın zamanlarda rəylərini alacağıq. Odur ki, bu qanun layihəsini yaxın dövrlərdə komitəmizin, sonra isə plenar iclasın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00