Yeni Nitq İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

Paytaxtın Xətai rayonunda Nitq İnkişaf Mərkəzi fəaliyyətə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, 2012-ci ildən Bakı şəhərində fəaliyyət göstərən mərkəz. 2014-cü ildə valideynlərin çoxsaylı istəyini nəzərə alaraq Sumqayıt şəhərində öz filialını açıb. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar  üçün daha çox fəaliyyət növü artırılıb. Hər iki mərkəzdə kamera sistemi fəaliyyət göstərir. İstənilən an valideyinlər uşaqların dərsini izləyə bilərlər. Həftənin 5-ci günü isə müəllimə Esmira Kazımova Nitq İnkişaf Mərkəzinin Sumqayıt filialında konsultasiyada olur. Mərkəzin əsas fəaliyyət növlərinə defektologiya,  psixologiya, əmək terapevti, mualicəvi bədən tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbəqədər və məktəb hazırlığı, rəsm dərnəyi, dil kursları və s. aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31