Tehranda İsrail diversantları peyda oldu – aeroport yaxınlığında təxribat
16:45 Dünyaİran paytaxtı Tehranda İsrailə bağlı diversantların fəaliyyət göstərdiyi barədə sensasion məlumat yayılıb.
Musavat.com xəbər verir ki, İranın hökumətyönlü media orqanlarının məlumatına görə, təxribatçılar İmam Xomeyni adına beynəlxalq hava limanının yaxınlığında təkərləri yandıraraq əhalidə panika yaratmağa cəhd ediblər.
Hadisənin məqsədi - ictimai narahatlıq və çaşqınlıq yaratmaq, həmçinin təhlükəsizlik strukturunun diqqətini yayındırmaq olub. Rəsmi mənbələr diversantların İsrailə bağlı olduğunu iddia edir və əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirirlər.
Hazırda İran hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb və diversiya ehtimalı ciddi şəkildə yoxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31