“Ardıc zəlzələsinin göz yaşları. Bəxtiyarla Sadəgülün eşq hekayəsi” adlı bədii əsər haqqında
15 İyun 19:13 SosialBu günlərdə "Füyuzat" nəşriyyatı tərəfindən siyasətşünas alim, yazıçı-publisist Elşən Nəsibovun (Elşən Ardıcın) "Ardıc zəlzələsinin göz yaşları" tarixi-bədii romanı çapdan çıxıb.
Arçut romantizminin və dramaturgiyasının əsasını təşkil edən hekayə real hadisələrlə xəyali proseslərin vəhdətini təsvir edərək canlandırır. Belə ki, 1980-ci illərdir. Sovet hökumətinin yenidənqurma dövrüdür. Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut kəndi öz adi günlərini sosial-təsərrüfat və məişət həyatını yaşayır. Kənddə ayrı-ayrı məhlələrdə yaşayan iki gənc uzun illərdir ki, uşaqlıqdan bu yana dəlicəsinə bir-birinə aşiqdir. Qəlbdən sevir və məhəbbət hisslərini yaşayırlar. Nişanlanıblar, toylarını gözləyirlər. Gələcəyə xoşbəxt ailə qurmaq arzusundadırlar. Bütün işlərini bu istiqamətdə təşkil edirlər. Qəflətən, heç kəsin gözləmədiyi, ağıla gəlməyən bir anda siyasi vəziyyət dəyişir. Ermənistanla Azərbaycan arasında etnik münaqişə başlayır. Bu hadisə kənd camaatını çox sarsıdır. Gərginlikdə, qorxuda yaşadır, depressiyaya məruz qoyur. Nişanlı gənclər də baş vermiş neqativ hadisədən üzülürlər. Çaşqınlıq və çıxılmaz vəziyyətdə qalırlar. Lakin ümidlərini üzmürlər, istək və arzularının yerinə yetməsinə inanırlar. Ailə qurmaq istəyirlər. Lakin yaranmış vəziyyətə görə valideynləri də izdivaca razı olmurlar. Təxirə salımması barədə qərar qəbul edirlər. Bununla da faciənin başlanğıcı qoyulur.
1988-ci ilin dekabr ayının 7-də kənddə güclü və dağıdıcı zəlzələ baş verir. Gənclərin faciələri daha da dərinləşir, dramatik həyata düçar olurlar. Kəndi məcburən tərk etməli olurlar, gizlincə kənddən qaçırlar. Pərən-pərənlik nəticədə hər şeyi alt-üstə çevirir. Kəndin köçü gənclərin məhəbbətlərini heç-puç edir. Birdəflik ayrılmalarına rəvac verir. Faciə dəlicəsinə bir-birini sevən gənclərə iztirablar yaşadır və onları göz yaşlarına qərq edir. Həyatı itkilər yaşanır. Sonda ayrılıq baş verir, hərəsi öz yeni yoluna qədəm qoyur. Taleh qismətləri fərqli olur. Yolları ayrılır.
Əsəri hər kəs oxuya bilər, geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Ailə ədəbiyyatı silsiləsindən növbəti əsərdir.
Qeyd: Türk WIMBESHSUR-P. Christian -yazıçının ədəbi təxəllüsüdür.
Əsərin yazılma tarixi: 2024 - may 2025