İŞİD-in Azərbaycana keçmə riski yoxdur

"İŞİD və ya buna bənzər terror qruplaşmalarının Azərbaycana keçmələri riski yoxdur", Belə bir açıqlama ilə çıxış edən "Oğuz" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlu "OLAYLAR"-a deyib ki, ancaq radikal dini cərəyanarın Şimalı Qafqazda müəyyən fəaliyyət dairəsinə malik olmaları bu gün sirr deyil: "Təbii ki, onlar cənuba, xüsusilə müsəlman əhalisinin üstünlük təşkil etdiyi Azərbaycana da nüfuz etmək istəyərlər. Amma bu, fikrimcə əsaslı şəkildə mümkün deyil. Təbii ki, hər bir cərəyanın, radikal olsa belə, tərəfdarları həy yerdə tapıla bilər". Vüqar Zifəroğlu bildirib ki, Azəbaycan cəmiyyətində mövcud olan tolerant və dünyəvi prinsiplərə hörmət radikal dini qruplaşmaların ölkəmizə müdaxiləsinin qarşısını alır: "Başqa bir məqam isə bizim gerçək İslami dəyərləri yaşatmağımız və təbliğ etməyimiz ilə bağlıdır. Ona görə də düşünürəm ki, İŞİD və bu kimi qruplaşmaların bizim ölkəmizə nüfuz etmə təhlükəsi yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31