Siyasət
Rusiya XİN rəsmisi: "İnanmıram ki, ABŞ Dağlıq Qarabağ məsələsində liderliyi Rusiyaya versin"
"İnanmıram ki, ABŞ Dağlıq Qarabağmünaqişəsinin həlli üçün aparılan danışıqlarda liderliyi Rusiyaya versin".
“Əl-Fəcr” qəzeti Mehriban Əliyevadan yazıb
1975-ci ildən bəri Birləşmiş Ərəb Əmirliklərində dərc olunan “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin müəllifi olduğu “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva.. Müxtəlif sahələrdə hədsiz töhfələr” başlıqlı məqalə işıq üzü görüb. SİA-ya ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, baş redaktor Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın intellektual və mədəni dəyərlərin hökm sürdüyü ailədə göz açdığını və tərbiyə aldığını oxucuların diqqətinə çatdıraraq, Azərbaycanın birinci xanımının valideynləri haqqında qısa məlumat təqdim edib. Qeyd olunub ki, tanınmış Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin nəvəsi olan Azərbaycanın birinci xanımının atası Arif Paşayev fizika sahəsində alim və eyni zamanda 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur, mərhum anası Aida İmanquliyeva mədəniyyətlərin kökləri, dilçilik və şərqşünaslıq sahəsində aparıcı tədqiqatçı olub.
İtaliyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib
İtaliyanın Azərbaycandakı səfirliyində bayraq bu ölkədə elan olunmuş matəmlə əlaqədar yarıya qədər endirilib.
Əli Həsənovun 7 il əvvəlki anti-FETÖ çıxışı
İyulun 15-də qardaş Türkiyədə dövlət çevrilişinə cəhd, ondan sonrakı proseslər, baş verən olayların Azərbaycandakı əks-sədası mənə bu tədbiri xatırlatdı. 2009-cu il, 30 aprel. "Gülüstan" sarayında Dialoq Avrasiya Platforması (DAP) və "Dialoq Avrasiya" dərgisinin Azərbaycanda 10-cu ildönümü münasibətilə "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda tədbir keçirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə öndə görünən sırada əyləşiblər. Törənin təmtərağına söz yoxdu, sarayı titrədən musiqi sədaları altında film nümayiş olunur, elə təəssürat yaradılır ki, dünyada qlobal problemləri həll edənlərdən biri beynəlxalq səviyyəli dialoqların təşkilatçısı Fətullah Güləndir.
Azərbaycan-Moldova hərbi əməkdaşlığı müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 25-də Moldova Respublikasının ölkəmizdəki səfiri George Leuka ilə görüşüb.
XIN: İtaliyadakı zəlzələdə ölən və yaralananlar arasında azərbaycanlıların olması barədə məlumat daxil olmayıb
İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölən və yaralanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb.
Gülənin vatikansayağı “dialoq oyunu” – tanınmış insanlar necə aldadılır?
Xain FETÖ planı Azərbaycanda ifşa olunur!
FETÖ-nun Azərbaycandakı imamı potensial gülənçiləri necə seçib?
Terrorçubaşı Fətullah Gülənə yaxınlığı ilə seçilən və 15 iyul hərbi çevriliş cəhdindən sonra axtarışıa verilən Davud Aydüz barəsində yeni faktlar ortaya çıxıb. Daha doğrusu Davud Aydüzün Qafqaz Universitetinin İlhaiyyat fakultəsinin dekanı kimi Gülən şəbəkəsinin Azərbaycanda genişlənməsi, ona yeni-eyni simaların cəlb edilməsi istiqamətindəki fəaliyyəti barədə redaksiyamıza maraqlı bilgilər daxil olub. Belə ki, 1997-2000-ci illlərdə Qafqaz Universitetinin İlahiyyat fakultəsində dekan vəzifəsini icra edən Davüd Aydüz həmçinin Fətullah Gülənin qeyri-rəsmi olaraq Azərbaycandakı imamı rolunu da oynayıb. Qısa müddətdə Gülən şəbəkəsinə daxil olan bütün türk liseyləri ilə yaxın ilişkilər quran Davud Aydüz həm Qafqaz Universiteti, həm də digər türk liseylərində potensial gülənçi yetişdirməyə başlayıb.
"Vitse-prezidentlik institutu vətəndaş-məmur münasibətlərinin inkişafına təkan verəcək"
“Azərbaycan Respublikasında gözlənilən Konstitusiya dəyişikliyi ölkəmizdə bu quruluşun möhkəmlənməsinə, demokratik proseslərin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edəcək". Bu fikirləriSİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
“Vitse-prezidentlik institutu daha çevik idarəçiliyə xidmət edəcək”- RƏY
“Azərbaycan Prezidenti həm ölkə daxilində, həm xarici dövlətlərdə keçirilən çoxsaylı tədbirlərdə iştirak edir, rayonlara səfərlər edir. Hətta bəzən biz düşünürük ki, dövlət başçısı bu qədər işləri necə çatdırır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.
Cəbhədə 13 dəfə atəşkəs pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Tarix yerlə bir oldu: İtaliya zəlzələdən əvvəl və sonra - FOTOLAR
Oğuz rayonunda yol tikintisinə 1,55 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham Əliyev Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.






.jpg)







