FETÖ-nun Azərbaycandakı imamı potensial gülənçiləri necə seçib?

Terrorçubaşı Fətullah Gülənə yaxınlığı ilə seçilən və 15 iyul hərbi çevriliş cəhdindən sonra axtarışıa verilən Davud Aydüz barəsində yeni faktlar ortaya çıxıb. Daha doğrusu Davud Aydüzün Qafqaz Universitetinin İlhaiyyat fakultəsinin dekanı kimi Gülən şəbəkəsinin Azərbaycanda genişlənməsi, ona yeni-eyni simaların cəlb edilməsi istiqamətindəki fəaliyyəti barədə redaksiyamıza maraqlı bilgilər daxil olub. Belə ki, 1997-2000-ci illlərdə Qafqaz Universitetinin İlahiyyat fakultəsində dekan vəzifəsini icra edən Davüd Aydüz həmçinin Fətullah Gülənin qeyri-rəsmi olaraq Azərbaycandakı imamı rolunu da oynayıb. Qısa müddətdə Gülən şəbəkəsinə daxil olan bütün türk liseyləri ilə yaxın ilişkilər quran Davud Aydüz həm Qafqaz Universiteti, həm də digər türk liseylərində potensial gülənçi yetişdirməyə başlayıb.

Tələbələr barədə hansı kəşfiyyat materialları toplanıb?

Terrorçubaşı Fətullah Gülənə yaxınlığı ilə seçilən və 15 iyul hərbi çevriliş cəhdindən sonra axtarışıa verilən Davud Aydüz barəsində yeni faktlar ortaya çıxıb. Daha doğrusu Davud Aydüzün Qafqaz Universitetinin İlhaiyyat fakultəsinin dekanı kimi Gülən şəbəkəsinin Azərbaycanda genişlənməsi, ona yeni-eyni simaların cəlb edilməsi istiqamətindəki fəaliyyəti barədə redaksiyamıza maraqlı bilgilər daxil olub. Belə ki, 1997-2000-ci illlərdə Qafqaz Universitetinin İlahiyyat fakultəsində dekan vəzifəsini icra edən Davüd Aydüz həmçinin Fətullah Gülənin qeyri-rəsmi olaraq Azərbaycandakı imamı rolunu da oynayıb. Qısa müddətdə Gülən şəbəkəsinə daxil olan bütün türk liseyləri ilə yaxın ilişkilər quran Davud Aydüz həm Qafqaz Universiteti, həm də digər türk liseylərində potensial gülənçi yetişdirməyə başlayıb. Mənbə bildirir ki, o, potensial gülənçilərin yetişdirilməsi üçün xüsusi texnologiyadan istifadə edirdi: "Bir qayda olaraq Qafqaz Universitetində hər tədrsi ilinin əvvəlində tələbələrdən ailə durumu, valideynlərinin harada işlədiyi, yaşayış səviyyələrinin hansı durumda olduğu barədə yazılı şəkildə məlumat toplanırdı. Əslində isə bu gülənçilərin, daha doğrusu Gülənin imamının bir növ kəşfiyyat materialları toplaması idi. Hər bir tələbə, onun ailəsi, valideynlərinin çalışdıqları iş yerləri, ailənin sosial durumu barədə ətraflı məlumat toplayan Davud Aydüz potensial gülənçilərin hazırlanması yoluna məhz burdan başlayırdı". Mənbə bildirir ki, tələbələrin təqdim etdiyi yazılı materiallarla yaxından tanış olan dekan bir müddət sonra sosial durumu ağır olan tələbəni otağına, çay süfrəsinə, bir qədər sonra qaldığı evə şam yeməyinə dəvət edərək özünü humanist biri kimi göstərirdi: "Əslində isə bütün bunların arxasında başqa məqsədlər dururdu. Tədricən həmin tələbələri ələ alan dekan daha sonra onların kirayə qaldıqları evlərə baş çəkir, onların yaşayış durumuna sanki acıyaraq həmin tələbələri daha lüks evlərə transfer edirdi. Beləliklə, potensial gülənçilər seçilirdi". Mənbənin məlumatına görə, zaman keçdikcə "Türkiyədən qonaq gəlib" adı ilə Gülənin adamlarını həmin tələbə evlərinə gətirir, onlarla səhərə qədər Fətullah Gülən fenomeni barədə söhbətlər aparılırdı. Azərbaycandan gedənə qədər həmin potensial gülənçilərlə yaxından əlaqədə olan Davud Aydüz Bakını tərk etsə də, onun ölkəmizə təsir imkanları qalır. Belə ki, Qafqaz Universitetində dekan işlədiyi zaman seçib müəyyən etdiyi tələbələrin təhsillərini başa vurduqdan sonra müvafiq işlə təmin olunmasında da Davud Aydüzün "xidmətləri" olur. Türkiyədən edilən bir zənglə universiteti bitirən həmin tələbələr Gülənin Azərbaycanda yerləşən şirkət və ofislərində, liseylərində müvafiq işlə təmin olunurlar.

Mənbə Davud Aydüz barədə maraqlı bir məqamı da qeyd edib. Bildirib ki, Qafqaz Universitetində dekan işlədiyi zaman sözügedən şəxs tələbələr arasında Atatürkə dərin nifrəti olan biri kimi ad çıxarıb. İstər dərs zamanı, istərsə də universitetdə təşkil olunan müzakirələrdə Davud Aydüz Mustafa Kamal Atatürkü arvadbaz kimi qələmə verərək tələbələr arasında Atatürk barədə mənfi rəy formalaşdırmağa çalışıb. Həmçinin o, İlahiyyat fakultəsinin tələbələrinə yalnız nurçuların qələmə aldığı dini kitabları oxumağı tövsiyyə edib. Mənbə qeyd edir ki, tələbələrdən biri universitetin kitabxanasına şiə alimlərindən birinin kitabını hədiyyə olaraq gətirsə də, Davud Aydüz bunu süngü ilə qarşılayıb. Hətta həmin tələbəyə bir daha belə hal təkrar olıunacağı təqdirdə universitetdən qovulacağı xəbərdarlığı edilib.

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31