Siyasət
Asim Mollazadə: “Aparıcı söz və qərarlar Rusiya ilə bağlıdır”
“Ümumiyyətlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yeni baş katibin erməni olacağı ilə bağlı məlumatlarda təəccüblü heçnə yoxdur. Bildiyiniz kimi Ermənistan Rusiyanın və sözügedən təşkilata daxil olan digər ölkələrin hərbi müttəfiqidir”. Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Seçicilər referendumda həmrəylik nümayiş etdirəcəklər
“Yeni Azərbaycan” təşviqat qrupunun Ağdaş rayon şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Nehrəxəlil kəndində seçicilərlə görüş keçirib.
Sentyabrın 26-da da iş olmayacaq
Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum günü qeyri-iş günü hesab olunacaq.
İlham Əliyev İndoneziya Xalq Məşvərət Məclisinin sədr müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
YAP-dan yeni iqtidar-müxalifət görüşünə- REAKSİYA
Sonuncu iqtidar-müxalifət görüşü 2015-ci il fevralın 12-də baş tutmuşdu. Görüş zamanı tədbirin iki aydan bir keçirilməsi haqqında qərar qəbul edilmişdi. Lakin həmin tarixdən xeyli vaxt keçməsinə rəğmən yeni müxalifət-iqtidar görüşü baş vermədi.
İlham Əliyev Tacikistan prezidentini təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonu təbrik edib.
Prezident İlham Əliyev Kim Çen Inı təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Zati-aliləri cənab Kim Çen Ina təbrik məktubu ünvanlayıb.
Milli Şura milli satqınların dəstəyinə möhtac qalıb
Sentyabrın 11-də Milli Şura mitinq keçirməyə hazırlaşır. Artıq mitinqin keçiriləcəyi məkan və zaman bəllidir. Ənənvi olaraq mitinq məsələsində Milli Şura AXCP ilə birgə hərəkət edəcəyini bəyan edib.
Tahir Mirkişili: “Məntiqsizlik müxalifəti mitinq keçirməyə təhrik edir”
“Konstitusiya ölkənin ən ali qanunu olmaqla yanaşı, cəmiyyətin inkişaf hədəflərini də müəyyən edir. Bu baxımdan son 20 ildə sürətli inkişaf yolu keçən, hal-hazırda isə dərin islahatlar yoluna qədəm qoyan ölkəmizdə bu əsas sənədə müvafiq dəyişikliklərin edilməsi labüddür və həyati əhəmiyyət kəsb edir”. BunuSİA-ya deputat Tahir Mirkişili deyib.
Zakir Həsənov britaniyalı nazirlə görüşdü
Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin London şəhərində davam edən tədbiri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 8-də Lordlar Palatasında Müdafiə üzrə Dövlət naziri, Lordlar Palatasının sədr müavini cənab Örl Hou ilə görüşüb.
Azərbaycan prezidenti Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan prezidentiİlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib.
Azay Quliyev “İctimai nəzarət haqqında” qanunun qəbulunu təklif edib
Millət vəkili Azay Quliyev Milli Məclisdə (MM) “İctimai nəzarət haqqında” qanunun qəbul edilməsini təklif edib. Millət vəkili deyib ki, “İctimai nəzarət haqqında” qanun layihəsinin artıq hazır olduğunu və MM-in payız sessiyasının gündəliyinə salınmasını da təkilf edib. Belə bir qanun layihəsinin qəbulunun zəruriliyini qeyd edən millət vəkili bildirib ki, bu yaxınlarda Nazirlər Kabineti ictimai nəzarətlə bağlı müəyyən bir siyahı hazırlayıb. “Artıq bu məsələnin aktuallığını nəzərə alaraq, bu sahədə münasibətləri hüquqi cəhətdən tənzimləyən, fəaliyyət istiqamətləri və mexanizmlərini müəyyən edən qanunun qəbuluna ciddi zərurət var. Ümid edirəm ki, Milli Məclis məsələnin aktuallığını nəzərə alaraq payız sessiyası ərzində “İctimai nəzarət haqqında” qanun layihəsini gündəliyə salaraq, müzakirə edəcək”.
Ali Məhkəmə AXCP-nin şikayətə baxacaq
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılacaq tarix məlum olub. Məlumata görə, məhkəmə prosesi hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə oktyabrın 17-də keçiriləcək.
Azər Həsrət: “Müxalifət hər zamankı kimi xar olacaq”
“Müxalifət, əlbəttə mitinq də keçirə bilər, öz təbliğatını qura da bilər. Amma bu, heç nəyi dəyişən deyil”. Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
Ombudsman Aparatında seçki hüquqları ilə bağlı treninq keçirilib
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi referendum ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə birgə Ombudsman Aparatının əməkdaşları və müvəkkilin regional mərkəzlərinin nümayəndələri üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub.














