Siyasət
Deputatdan Qarabağ separatçılarının İranda yarışa qatılmalarına sərt reaksiya
İran İslam Respublikasında ermənilərin idman olimpiadası keçirilməsi və qondarma "Dağlıq Qarabağ Respublikası"nın nümayəndələrinin bu yarışlarda iştirak etməsi Azərbaycanda ciddi etirazla qarşılanıb.
Xədicə İsmayıl, Türkel Kərimli və Bako Saakyanın oğlu Azərbaycana qarşı FOTOLAR
Məlum olduğu kimi, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli (Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış ediblər.
Qadın seçicilərlə görüşlər davam edir
"Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı Xızı rayon qadınları ilə görüşü keçirib. SİA-nın xəbərinə görə, Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin akt zalında keçirilən görüşü Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Jalə Süleymanova açaraq Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Erkin Qədirli: "Adımı siyahıdan çıxardılar, dedilər ki, ermənilər iştirakıma etiraz edə bilərlər"
ReAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli ABŞ Konqresində keçirilmiş dinləmələrdə iştirak siyahısından adının çıxarılmasına aydınlıq gətirib.
Milli Şuranın növbəti mitinqi ilə bağlı ilginc məlumatlar
Milli Şura növbəti mitinqin kütləviliyini təmin etmək üçün aksiyalara pul müqabilində adam cəlb etməyə başlayıb Quruma yaxın şəxslərdən birinin verdiyi xəbərə görə, əsasən AXCP üzvləri işçi qüvvənin toplaşdığı yerlərə - Bakı və ətraf kənd və qəsəbələrdəki əmək bazarlarına, metroların giriş və çıxışlarına, ticarət mərkəzlərinə gedərək iş axtaran vətəndaşlara pul müqabilində mitinqə gelməyi təklif edirlər. Hər bir şəxsə aksiyada 2 saat iştirak üçün 10 manat vəd olunur.
Trend-in ekspertlərinin regiondakı hadisələrlə bağlı "Deutsche Welle"yə müsahibəsi
Rusiyanın Xəzərdə hərbi manevrləri, əsasən, Xəzəryanı ölkələrə öz gücünü nümayiş etdirmək üçündür, baxmayaraq ki, dənizin statusu hələ müəyyənləşdirilməyib və Moskva öz ərazisi, yaxud İranın sularında manevr edir.
Siyavuş Novruzov: Əli Kərimli növbəti mitinqdə təxribat, qarşıdurma yaratmağa cəhd edəcək
“Cənab Prezident İlham Əliyevin də həmişə qeyd etdiyi kimi, Azərbaycan müstəqil dövlətdir və ümummilli liderin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət xəttini ardıcıl olaraq davam etdirir. Heç şübhəsiz, ölkəmizdə gedən iqtisadi inkişaf, xalq-iqtidar birliyi, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin Prezidenti dəstəkləməsi bəzi xarici qüvvələri narahat edir”.
Prezident İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb.
YAP funksionerindən dağıdıcı müxalifətə sərt sözlər
“Bu cür dırnaqarası müxalifətə heç cür haqq qazandırmaq olmaz. Çünki ölkəsinin, dövlət və xalqının mənafeyini satanlara haqq qazandırmaq ən azından cinayətdir”. Sözügedən fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev son günlər ölkədəki sabitliyi pozmağa cəhd göstərən dağıdıcı müxalifətin xarici siyasi dairələrlə iş birliyi qurmasına, eləcə də öz aralarındakı çəkişmələrə münasibətini bildirərkən deyib.
Siyavuş Novruzov: “Referenduma qarşı çıxanlar xarici dövlətlərin kəşfiyyat orqanlarına işləyir”
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın təşkil etdiyi mitinqlərə münasibət bildirib.
Radikal müxalifətdə birincilik davası
“Milli Şura” adlanan qurumun sentyabrın 11-də keçirdiyi uğursuz mitinqin biabırçılığından hələ də özlərinə gələ bilməyən cəbhəçilər və onların sədri olan Əli Kərimli sosial şəbəkələrdə aksiyanın miqyası və təsir gücünün çox olduğu barədə mülahizələr irəli sürməyə başlayıblar. Xarici dairələrdən aldığı pulun müqabilində aksiyaya cəmi bir neçə yüz adam çıxarmağı bacaran Əli Kərimli ona verilən vəsaitin hara sərf edildiyinə aydınlıq gətirmək əvəzinə sosial şəbəkələrdə gülünc statuslar paylaşmaqla müəyyən mənada hədəfə çatdıqlarını iddia edir. Əli Kərimlinin mitinqdən sonra yazmış olduğu statuslardan biri bundan ibarətdir. “Cəmi bir mitinq keçirmişik, artıq kiçik də olsa, nəticələr var. İnsanlar banklardan dollar ala bilir”. Göründüyü kimi Əli Kərimli 11 sentyabr uğursuzluğunu hər vasitə ilə ört-basdır etməyə çalışır. Əli Kərimlinin məntiqindən belə çıxır ki, hakimiyyət xalqı banklardan dollar almağa qoymurmuş. Əslində Əli Kərimlidən başqa ağıllı bir söz də gözləmək doğru olmazdı. Digər tərəfdən AXCP sədri üçün ən əsas pul olduğu da yazmış olduğu statusda əksini tapır.
Azərbaycana qarşı təzyiqlər yenə də nəticəsiz qalacaq
Son vaxtlarda Azərbaycana qarşı təzyiqlər yenidən artıb. ABŞ, Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə, qarşıdurma yaratmağa, ölkənin imicini ləkələməyə çalışır, radikal müxalifət isə xainlik edərək antiazərbaycan dairələrinin sifarişlərini yerinə yetirir.
"Bu qurumun Milli Şura adlandırılması keçmişimizə, tariximizə ləkədir"
"Bu gün məkrli niyyətə bürünən birilərinin dindarların dini duyğularını istismar edərək onların adından çıxış etməsi dinimizin prinsiplərinə zidd olduğu qədər, həm də bizim milli kimliyimizə bir ləkədir".
Prezidentin köməkçisi: "SOCAR-ın səhmləri satışa çıxarıla bilər"
SOCAR-ın səhmləri satışa çıxarıla bilər. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib. "Bilirsiniz ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırığı var.
Rusiya separatçıları Moskvaya dəvət edir
Sentyabr ayının sonlarında Rusiya paytaxtında dünyanın bütün separatçı rejimlərinin toplantısı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, toplantıda qondarma DQR-də təmsil olunacaq. Məsələyə münasibıət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya bolşevikləri əvvəl “bütün dünyanın proletarları birləşin” hayqırırdı, estafeti kommunistlərdən alan indiki burjua Moskvası isə “bütün dünyanın separatçıları birləşin” deyir:














