Siyasət

Azərbaycana bıçaq saplayan ''azərbaycanlı müxalifətçilər'' – rəzalətin anatomiyası

17 Sentyabr 2016 22:14

Ölkə prezidenti Bişkekdə Sərkisyanı yerində oturdur, “ana müxalifət” təmsilçiləri isə ABŞ Konqresindəölkəmiz və dövlətimiz əleyhinə erməni-daşnaklarla eyni səngəri bölüşür...

"5-ci kolon" Azərbaycan əleyhinə 800 nəfər topladı

17 Sentyabr 2016 20:01

Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda növbəti mitinqi keçirilib. Trend bildirir ki, aksiyada Milli Şuranın təqribən 800 üzvü və təəssübkeşi iştirak edib. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı.

Məhsul festivalı, ya "Məhsul"?-MİTİNQƏ SÖZARDI

17 Sentyabr 2016 19:59

Milli Şuranın mitinqi başa çatdı. "Onminlər" gəlmədi, heç "minlər" də olmadı. Aksiyada bir neçə yüz nəfər cəbhəçi və ailə üzvü iştirak edirdi. İştirakçıları neçə illərdi siyasətdən yazan jurnalistlər də üzdən tanıyır. Elə onlar da hamısı bir-birilə çoxdanın tanışlarıdı.

Milli Şura dini və dindarları siyasi mübarizə alətinə çevirib

17 Sentyabr 2016 19:56

Milli Şuranın bugünkü mitinqində radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov hazırda Nardaran hadisələrinə görə həbs olunmuş Tale Bağırzadənin müraciətini oxuyub. T.Bağırzadə faktiki olaraq əhalini müqavimətə, itaətsizliyə, qarşıdurmaya çağırıb.

Əli Kərimli radikal dindarların başına keçdi

17 Sentyabr 2016 19:54

Sentyabrın 17-də özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun növbəti mitinqi keçirildi. Budəfəki aksiyaya sentyabrın 11-də keçirilmiş mitinqdən daha az adam toplaşdı - təqribən 800 nəfər.

Prezident İlham Əliyev Ermənistan prezidentinin təxribat xarakterli çıxışına tutarlı və sərt cavab verdi

17 Sentyabr 2016 19:49

MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.

Prezident İlham Əliyev: "Nə qədər mümkünsə, pambığın alış qiymətini qaldırmalıyıq"

17 Sentyabr 2016 19:47

Sentyabrın 17-də Sabirabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.

Milli Şuranın mitinqində dövlətə itaətsizlik çağırışı

17 Sentyabr 2016 19:45

Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli hazırda məhkəməsi davam edən Taleh Bağırzadənin müraciətini səsləndirib.

"Şura"vilər radikal dindarlara "pənah" apardılar

17 Sentyabr 2016 19:43

Bismillahir-rəhmanir-rəhim. Sözümü Rəhman və Rəhim olan Allahın adı ilə başlayıram... İndi oxucu elə biləcək ki, bu yazı ya dini mövzudan bəhs edir, ya da bunu yazan şəxs din xadimi və ya ən azından ilahiyyatçıdır. Xeyr, düşündüklərinizin heç biri deyil. Bu yazıda söhbət siyasətdə öz çirkin maraqları üçün din, daha doğrusu dindar amilindən sui-istifadə edilməsindən gedəcək. Əlqərəz...

Prezident İlham Əliyev: "Qanunsuz olaraq zəbt edilən torpaqların icarə müqavilələri ləğv edilməlidir"

17 Sentyabr 2016 19:41

Qanunsuz olaraq zəbt edilən torpaqların icarə müqavilələri ləğv edilməlidir. AZƏRTAC bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Baş Polis İdarəsi: Bəzi mitinq iştirakçıları asayişi pozmağa cəhd edib

17 Sentyabr 2016 19:38

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirilmiş mitinqi ilə bağlı məlumat yayıb. İdarədən verilən məlumata görə, sentyabrın 17-də özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Mətbuat Şurası: Milli Şuranın aksiyasını işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb

17 Sentyabr 2016 19:37

Mətbuat Şurası Milli Şuranın sentyabr ayının 17-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Bu gün Milli Şuranın növbəti biabırçı, qeyri-qanuni mitinqinin şahidi olduq

17 Sentyabr 2016 19:35

Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

"11 sentyabr" rəzaləti: Kərimlinin "trol"ları həqiqət arayanları hədəfə alıb

16 Sentyabr 2016 18:20

Məlum olduğu kimi, avqustun 15-dən 30-dək siyasi palitramızın autsayderləri sayılan "Milli şura" təmsilçiləri bir sıra xarici ölkə səfirliklərinin qapısını yağır etmiş, mitinq keçirməklə bağlı tapşırıq və maddi dəstək vədi almış, sentyabrın ilk günlərindən isə mitinq hazırlıqlarına başlamışdı.

Milli Şuradan çıxarılan Sahib Kərimli: Açıqlamalarımı sonraya saxlamışam

16 Sentyabr 2016 18:19

Mən Milli Şuradan çıxarılmağım barədə qərara və mitinqlərə münasibətim barədə Facebook-da yazmışam. Ona görə də bu barədə əlavə nəsə demək istəmirəm. Bütün açıqlamalarımı refendumdan sonraya saxlamışam.