Siyasət

“Freedom House” erməni lobbisindən pul alması barədə niyə hesabat vermir?- ARAŞDIRMA

23 Sentyabr 2016 15:56

Yaxud, Daniel Kalinqaert adlı ermənipərəst ünsür niyə Azərbaycanı hədəfə alır? “Freedom House” adlı beynəlxalq hüquq müdafiə təşkilatı (fəaliyyəti qeyri-hökumət təşkilatı əsasındadır - R.R.) artıq uzun müddətdir ki, Azərbaycana qarşı qərəzli, şantajçı mövqe tutur, Qərbin, xüsusilə ABŞ-ın erməni lobbisi ilə əlbir olan siyasi dairələrinə xidmət göstərir. Bu, bir faktdır və özündə bir çox sübutları ehtiva edir.

Rafael Harpaz: “Azərbaycanla siyasi münasibətlərimizdə ciddi irəliləyiş var”

23 Sentyabr 2016 15:51

“Azərbaycanla İsrail arasında siyasi münasibətlər unikaldır”.

Qənirə Paşayeva AŞPA-nın Komitəsində təkliflərlə çıxış edib

23 Sentyabr 2016 15:30

Millət vəkilləri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Sevinc Fətəliyeva Parisdə AŞPA-nın Sosial İşlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin toplantısında iştirak ediblər. “Olaylar”ın məlumatına görə, qadın haqları, miqrant işçilərin hüquqlarının müdafiəsi, iqtisadi səbəblərdən dolayı başqa ölkələrə işləməyə getmək məcburiyyətində qalan valideynlərin övladlarının yaşadığı psixoloji travmalar, uşaqların səhiyyə xidmətlərindən daha keyfiyyətli yararlanması mexanizmlərin, işləyən qadınların haqları ilə və bir sıra digər məsələlərin müzakirə olunduğu toplantıda millət vəkilləri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Sevinc Fətəliyeva bir sıra önəmli təkliflərlə çıxış ediblər.

"Venesiya Komissiyasının rəyi anti-azərbaycan qüvvələrin sifarişdir"

23 Sentyabr 2016 15:00

"Venesiya Komissiyasının “Azərbaycan Respublikasının Konstitutsiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair açıqladığı ilkin rəy göstərir ki, həmişə olduğu kimi, Azərbaycanı istəməyən qüvvələr Azərbaycanda həyata keçrilən mühüm ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələr ərəfəsində öz məkrli niyyətlərini həyata keçirtmək üçün hərərkətə keçirlər". Bunu Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Gənclərimiz 18 yaşında seçilmək hüququ əldə edir

23 Sentyabr 2016 14:13

Konstitusiya dəyişiklikləri layihəsində əksini tapmış məsələlər Azərbaycan cəmiyyəti tərəfindən müsbət qiymətləndirilir. Buna baxmayaraq bəzi beynəlxalq təşkilatlar sözügedən yeniliklərin mahiyyətini birtərəfli qaydada şərh etməklə beynəlxalq aləmi çaşdırmaq niyyəti güdürlər.

Bəhruz Quliyev: Azərbaycan təhdid və təzyiq dili ilə danışmağı qəbul etmir

23 Sentyabr 2016 14:11

“Azərbaycanın 20 ildən artıq müddət ərzində stabil inkişaf erasına daxil olması, dünyanın müxtəlif istiqamətli təhlükəsizlik məsələlərində söz sahibinə çevrilməsi, transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi aparıcı rol alması beynəlxalq münasibətlər sistemində diktat rolunu almaq və milli dövlətləri əzmək niyyətində olan bir sıra imperialist baxışlı siyasi dairələri narahat edir”.

Bakının rus-erməni raketlərinə hədəfi vuran cavabı…

23 Sentyabr 2016 13:33

"Müdafiə naziri Zakir Həsənov sentyabrın 21-də prezidentin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə müşavirə keçirdi. Müdafiə nazirinin müşavirədə səsləndirdiyi əsas fikir bu idi: "Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa, onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq".

Konstitusiya islahatları insanların yüksək rifah şəraitində yaşamasına xidmət edir

23 Sentyabr 2016 13:29

Bəzi beynəlxalq qurumların, xaricdəki antiAzərbaycan şəbəkəsinin qeyri-obyektiv, qərəzli yanaşmasına rəğmən Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçirilməsi nəzədə tutuılan ümumxalq səsverməsinə hazırlıq yüksək səviyyədə gedir.

“Elə etməliyik ki, Azərbaycandakı ictimai-siyasi sabitlik pozulmasın”

23 Sentyabr 2016 13:20

Azərbaycan Respublikasının Kosntitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər ölkə vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənir. İlkin rəy sorğuları onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyəti bu dəyişikliklərin lehinə səs verəcək. Elə ölkədən kənarda yaşayan soydaşlarımız da bu qənaətdədirlər.

Erməni lobbisi xarici mediada Azərbaycan əleyhinə yazılar dərc etdirir

23 Sentyabr 2016 13:21

Azərbaycan yenə də hədəfdədir. Adətən ölkəmiz mühüm əhəmiyyətli beynəlxalq tədbirlər, siyasi islahatlar ərəfəsində olanda xaricdəki bəzi antiAzərbaycan şəbəkə də var gücü ilə rəsmi Bakıya qarşı hərəkətə keçir. Bu dəfə də fürsəti əldən verməyən həmin qüvvələr sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsi ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıblar.

Əli Kərimli cəmiyyətə nümunə ola bilməyib

23 Sentyabr 2016 13:16

Son aylar ölkədə maraqlı proseslər müşahidə edilir. Azərbaycan dövləti və xalqı ölkənin gələcək inkişafı, idarəetmə sisteminin təkmilləşdirilməsi üçün Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə referenduma hazırlaşdığı bir ərəfədə ölkəmizin inkişafı, onun artan nüfuzunu həzm edə bilməyən qüvvələr Azərbaycana qarşı növbəti məkrli addımlar atırlar.

Deputat: Rusiyanın işğalçı Ermənistanı silahlandırması təəssüf doğurur

23 Sentyabr 2016 13:04

Rusiyanın işğalçı Ermənistanı təmənnasız olaraq silahlandırması onun Minsk qrupunun həmsədri missiyasını kölgə altında qoyur. Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

XİN: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Euronews”da yayımlanan veriliş qərəzlidir

23 Sentyabr 2016 12:54

Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) “Euronews” telekanalının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı verilişə münasibət bildirib.

Xalqın iradəsinin qarşısında heç bir xarici qüvvə dayana bilməz

23 Sentyabr 2016 12:43

“ABŞ və Qərbin anti Azərbaycan dairələri həmişə bizə qarşı qərəzli mövqedə olub”. Bunu  millət vəkili Azər Badamov deyib.

Elmar Məmmədyarov Federika Mogerini ilə görüşüb

23 Sentyabr 2016 12:41

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentiFederika Mogerini ilə görüşüb.