Erməni lobbisi xarici mediada Azərbaycan əleyhinə yazılar dərc etdirir
Azərbaycan yenə də hədəfdədir. Adətən ölkəmiz mühüm əhəmiyyətli beynəlxalq tədbirlər, siyasi islahatlar ərəfəsində olanda xaricdəki bəzi antiAzərbaycan şəbəkə də var gücü ilə rəsmi Bakıya qarşı hərəkətə keçir. Bu dəfə də fürsəti əldən verməyən həmin qüvvələr sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsi ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıblar.
23 Sentyabr 2016 13:21 SiyasətRəşad Quliyev: "Bəzi insanlar isə Azərbaycanla bağlı xarici mediada tənqidi fikirlərə sevinir"
Azərbaycan yenə də hədəfdədir. Adətən ölkəmiz mühüm əhəmiyyətli beynəlxalq tədbirlər, siyasi islahatlar ərəfəsində olanda xaricdəki bəzi antiAzərbaycan şəbəkə də var gücü ilə rəsmi Bakıya qarşı hərəkətə keçir. Bu dəfə də fürsəti əldən verməyən həmin qüvvələr sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsi ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıblar. Bir müddət əvvəl Birləşmiş Ştatlarda erməni lobbisinin maraqlarına xidmət edən bir qrup şəxsin Azərbaycanla bağlı təşkil etdiyi dinləmə, ardınca Venesiya Komissiyasının Referendum Aktı ilə bağlı açıqladığı ilkin rəy, eyni zamanda BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycanla bağlı hesabatı bütün bunların əyani sübutudur. Bir qayda olaraq isə hər zaman Azərbaycan haqsız olaraq insan hüquq və azadlıqlarının pozulmasında ittiham olunur. Həmçinin antiAzərbaycan şəbəkə belə situasiyalarda Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ kartından bizə qarşı istifadə edir, xarici mediada bizim əleyhimizə, erməni yalanlarına xidmət edən materiallar dərc etdirirlər. Necə ki, aprel döyüşlərindən sonra Almaniya mətbuatında əsassız olaraq bu cür yazılar özünə yer tapa bildi. Ölkəmizə qarşı olan bu cür qeyri-obyektiv, qərəzli yanaşma isə hər bir Azərbaycan vətəndaşında təəssüf hissi, eyni zamanda ciddi etiraz doğurur. Həmçinin Azərbaycandan kənarda yaşayan, diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımız da ölkəmizə qarşı olan bu münasibətdən narahatçılıq keçirərək həmin dairələrə öz etirazlarını bildirirlər. Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev deyir ki, insan haqları, azad söz, demokratiya və s. ifadələr cəlbedici görünüb qulağa xoş səslənsə də, ölkəmizdə yaşayan bəzi insanlar Azərbaycanla bağlı xarici mediada tənqidi fikirlərə sevinir, bu yazıların və tənqidlərin səmimi olaraq səsləndirildiyini zənn edir: "Dağlaq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquq , haqq, ədalət Azərbaycandan yanadır. Ancaq beynəlxalq hüququ bu ilin aprel ayında təmin etməyə cəhd etdik. Qərbin bəzi "hüquq müdafiəçiləri", "azad söz" müdafiəçiləri məsələn Azərbaycan, Dağlıq Qarabağ məsələsi olunca fərqli davrandılar. Bunlardan biri də "The European" jurnalının rəhbəri, "Weimer" Media Group Şirkətinin rəhbəri, cənab Weimerdir ki, o,ölkəmizə qarşı kin püskürdü. Yumşaq desək qeyri-obyektiv, yalan , böhtan dolu yazı yazdı. Yazının başlığı da beləydi. "Xristiyanlar hücuma məruz qaldı". Başlığın belə seçilməsi təsadüfi deyildi. Məqsədi çoxluğu xristianlar yaşayan Almaniyada Azərbaycana qarşı yalnış bir fikir formalaşdırmaq idi. Yazının içərisinə daxil olduqca bu adamın tam bir böhtan yazdığını və həmin materialı birbaşa erməni lobbisinin maliyyə yardımı ilə yazdığı hiss olunurdu". Rəşad Quliyev qeyd edib ki, Dünya Azərbaycanlıları Assambleyası kampaniya başlayaraq, almanlar, Almaniyada yaşayan türkiyəli soydaşlarımız, pakistanlı, hindistanlı, yəhudilərin iştirakı ilə 100-ə yaxın şəxsin imzası əsasında etiraz müraciəti hazırlanıb: "Dağlıq Qarabağ münaqişəsinin tarixindən başlayaraq, Bakıdakı erməni kilsəsindən, Azərbaycanda fəaliyyət göstərən fərqli xalq və dinlərə məxsus dini icmalara yaradılan şəraiti izah etdik. Bu gün Azərbaycanda mövcud olan Alman kilsəsini də Cənab Weimerin diqqətinə çatdırdıq. Həm e.mail, həm də poçtla göndərdiyim məktub bizə gəlib çatmayıb cavabını verdilər. Biz bilirik ki, arqument və sübutlarımızla bu "yazı"nı darmadağın etmişik. Deyiləcək sözləri, veriləcək cavabları yoxdur. Ancaq ilk gündən bunu bəyan etmişdik ki, aprel ayından bir neçə ay da keçsə bu məsələ bizim üçün ikinci plana keçməyəcək. Bu gün bunu bir daha isbatladıq. Almaniya poçt sistemində "einschreiben" yəni imzalı məktub sistemi var. Yəni məktub şəxs təhvil alır və poçtu aldığına dair imza atır və bunu online sistemlə də görmək mümkündür. Bundan sonra bir müddət də cavab haqqı tanıyırıq. Müraciətimizdə açıq şəkildə bildirdik ki, əgər məktubumuza və imzalara reaksiya verilməsə tezliklə məsələ məhkəmə müstəvisinə çıxacaq. Çünki bu cür kənardan baxıb keçməklə ancaq ölkəmiz haqqında gələcək böhtanlara da şərait yaratmış olarıq".
Məhəmməd