Siyasət

Sevinc Fətəliyeva AŞ PA-nın tədbirinə qatılacaq

26 Oktyabr 2016 12:42

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq. Bu barədə MM-dən verilən məlumata görə, Paris şəhərində AŞPA-nın sosial komitəsi çərçivəsində Sevinc Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası üzrə alt komitənin toplantısı olacaq. Tədbirdə “Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsi” mövzusunda seminar keçiriləcək, uşaqların fiziki cəzanın bütün formalarından müdafiəsi, uşaq əməyinin istismarı, onlara qarşı cinsi zorakılıq və sosial ədalətsizliklə mübarizə metodları ilə bağlı fikir mübadiləsi aparılacaq. Deputat müzakirə edilən məsələlərə münasibət bildirəcək.

Deputat: "Ermənilər bizimlə birgə yaşaya bilərlər"

26 Oktyabr 2016 12:33

"Biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çalışırıq. Səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar".

Cəbhə xəttində 22 dəfə atəşkəs rejimi pozulub

26 Oktyabr 2016 11:45

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.

Herbert Zalber: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi aktivləşib

26 Oktyabr 2016 11:30

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında diplomatik fəallıq hiss olunur. Bunu Trend-ə eksklüziv müsahibəsində Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber deyib.

İlham Əliyev Avstriya Milli Şurasının Sədrini təbrik edib

25 Oktyabr 2016 18:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikası Milli Şurasının Sədri xanım Doris Buresə təbrik məktubu ünvanlayıb.

Azərbaycan prezidenti Qətər əmirinə başsağlığı verib

25 Oktyabr 2016 18:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı verib.

Xorvatiya Azərbaycana ərazilərin minalardan təmizlənməsi üzrə yardım etməyə hazırdır

25 Oktyabr 2016 18:20

Xorvatiya ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana yardım etməyə hazırdır. Trend-in məlumatına görə, bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıda Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

Prezident: Azərbaycan-Xorvatiya əlaqələri Avrasiyada sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək

25 Oktyabr 2016 18:19

Azərbaycan-Xorvatiya münasibətləri Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək.

Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib

25 Oktyabr 2016 18:16

Bu gün millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

Ermənilər: "Rusiya Bakıya üz çevirib, bizi it yerinə qoymur"

25 Oktyabr 2016 18:15

Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesində Türkiyənin konstruktiv rol oynaya biləcəyini düşünürük. Türkiyə belə addım atmaq fikrinə düşərsə, Rusiya Ankaranın qərarını alqışlayar.

Seçki saxtakarlığından Ağ Evə gedən yol

25 Oktyabr 2016 18:06

Birləşmiş Ştatlar seçiciləri Ağ Evi növbəti müddətə idarə edəcək şəxsi müəyyənləşdirmək astanasındadır. Məlum olduğu kimi gələn ay okeanın o tayında prezident seçkiləri keçiriləcək və Amerika seçiciləri Obamadan sonrakı Ağ Ev rəhbərini seçəcəklər.  Göründüyü kimi bu dəfəki seçkilərdə əsas mübarizə Donald Trampla Hillari Klinton arasında gedir.