Siyasət

Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

18 Noyabr 2016 19:06

Prezident İlham Əliyev Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək

18 Noyabr 2016 18:49

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Prezident İlham Əliyev ədliyyə işçilərini təltif edib - SİYAHI

18 Noyabr 2016 18:43

Prezident İlahm Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Deputatlara yeni vəzifə verildi

18 Noyabr 2016 17:54

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovla deputat Cavanşir Feyziyevə yeni vəzifə verilib.

Mixail Qusman: "Azərbaycan OANA XVI Baş Assambleyasını uğulu təşkil edib"

18 Noyabr 2016 17:35

Azərbaycan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasını müvəffəqiyyətlə təşkil edib. Olaylar.az bildirir ki, bu sözləri Trend-ə TASS informasiya agentliyinin baş direktor müavini Mixail Qusman deyib.

Kazinform: "OANA XVI Baş Assambleyası xəbər agentliklərinə problemləri müzakirə etməyə imkan yaradır"

18 Noyabr 2016 17:27

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası informasiya agentliklərinə bir-birlərinin problemlərini daha yaxından öyrənməyə imkan yaradır.

Vətəni tamaha fəda edən "fədai"lər - xəyanət, çirkab, yalan...

18 Noyabr 2016 17:09

"Siyasi mühacir", "hüquq müdafiəçisi", "müstəqil jurnalist" kimi xaricə sığınanlar Azərbaycana qarşı kampaniyalarda istifadə edilirlər.

Bəzi nazirlərin, icra başçılarının, deputatların aylıq xərcləri həddindən artıq çoxdur 

18 Noyabr 2016 16:51

Son günlər bəzi keçmiş məmurların aylıq xərcləri ilə bağlı yayılan məlumatlar cəmiyyətdə birmənalı qarşılanmayıb. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev məmurların qeyri-rəsmi xərclərinin müəyyən edilməsinin vacibliyini vurğuladı: “Prezident İlham Əliyev demək olar ki, bütün çıxışlarında məmurların öz vəzifə səlahiyyətlərini qanunamüvafiq icra etmələri ilə bağlı ciddi tapşırıqlar veribdir.

Bakıda yeni binaların əksəriyyəti özəl sərmayə hesabına tikilib, onlar boş ola bilməz

18 Noyabr 2016 16:34

“Bakıda gördüyünüz yeni binaların əksəriyyəti özəl sərmayə hesabına tikilib. Buna görə onlar boş ola bilməz”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevDünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşü zamanı Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçevin “Cənab Prezident, keçən il ilk Avropa Oyunlarından əvvəl Bakıda olmuşam. Bir saat bundan əvvəl yola çıxanda çoxlu binalar gördük. Lakin onlar indi boşdur. Bakıda gələcəkdə bu böyük idman infrastrukturu ilə nə baş verəcək?” sualını cavablandırarkən deyib.

Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşüb

18 Noyabr 2016 16:17

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrdə ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə etdilər və Azərbaycan-Fransa münasibətlərin bütün sahələrdə müsbət və davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə edilər.

Əli Həsənov: "Cənubi Qafqazda ÜDM-in 70 faizi Azərbaycanın payına düşür"

18 Noyabr 2016 16:08

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix üzrə elmlər doktoru, professorƏli Həsənov AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Prezident cavabı ilə KİV rəhbərlərini razı saldı

18 Noyabr 2016 15:49

“Düşünürəm ki, cənab Prezidenti İlham Əliyevin məhz dünyanın aparıcı Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri ilə görüşündə Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskiyə cavabının özü çox müsbət və təqdirəlayiq bir haldır”. Bunu SİA-ya Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

Azərbaycan tezliklə ərazi bütövlüyünü təmin edəcək

18 Noyabr 2016 15:25

“Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində həm siyasi, həm də iqtisadi yüksəlişini yaşayır”. Bunu SİA-ya açıqlamasında Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tiflis Dövlət Universitetinin professoru, politoloq Badri Natçkebia deyib.

Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gələcək

18 Noyabr 2016 15:17

“Medianı əbəs yerə dördüncü hakimiyyət adlandırmırlar, onların üzərinə çox vacib missiya düşür”. SİA-nın məlumatına görə, bu barədə Rusiya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvü Dmitri Savelev Azərbaycanda keçirilən  Dünya Xəbər Agentliklərinin V Konqresi barədə danışarkən deyib. O əlavə edib ki, Azərbaycan əsrlər boyu çoxmillətli, multikultural, tolerant dəyərləri ilə tanınıb: “Eyni zamanda Azərbaycan dünya miqyaslı beynəlxalq tədbirlərin çox yüksək səviyyədə təşkilatçısı kimi də tanınır. Məsələn, "Eurovision", ilk Avropa Oyunları, "Formula 1" Avropa Qran-prisi,  Dünya Şahmat Olimpiadasını xatırlamaq yerinə düşür. İnfrastruktur baxımından ölkə tədbirlərin keçirilməsi üçün müasir bir məkandır, Şərq qonaqpərvərliyi isə Azərbaycanı daha da cəlbedici edir”.

NATO-nun sessiyasında Ermənistanın təcavüzkar siyasəti qabardılacaq

18 Noyabr 2016 15:11

Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov qurumun 62-ci illik sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir. Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, sessiya çərçivəsində qurumun təhlükəsizliyin mülki ölçüsü, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və təhlükəsizlik, siyasi, elm və texnologiya, daimi komitələrinin iclasları keçiriləcək.