Siyasət
Razi Nurullayevdən müxalifətə sərt sözlər
“Siyasəti Elza Seyidcahanın yazdığı şeirlərə döndərmək olmaz” “Boğulan saman çöpündən yapışan kimi, sizlər də nəticəsiz siyasi ömrünüzü uzatmaq üçün ayıb-əcəb bilmədən hər şeydən yapışırsınız”
Nazir: "Avstriya Qarabağda sülh prosesini dəstəkləməyə hazırdır"
Avstriya ATƏT-in gələcək sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk prosesini dəstəkləməkdə davam edəcək. Olaylar.az xəbər verir ki, Trend-in RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu sözləri Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.
Ermənilər 25 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Siyavuş Novruzov: "Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir"
"Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 24 ildə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də, siyasi partiyanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir". Bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, MM-in komitə sədri Siyavuş Novruzov deyib.
Biz dəfələrlə Kremlin antierməni siyasətinin şahidlərinə çevrildik
“Ermənistan hökuməti BMT-nin Baş Assambleyası çərçivəsində görünür, ölkəni beynəlxalq demokratiya və qarşılıqlı etimad məsələsi baxımından əbədi olaraq Zimbabvenin, Sudanın, Kambocanın, Belarusun səviyyəsində saxlamaq qərarındadır”. SİA xəbər verir ki, bu barədə “Ermənistanın informasiyalı vətəndaşları İttifaqı”nın rəsmisi Anna Pambuxçyan1.in.am saytına verdiyi şərhində qeyd edib. Pambuxçyan bildirir ki, Ermənistan Ukraynanın Krımda insan haqları ilə bağlı qətnamə layihəsini BMT-nin Üçüncü komitəsinə müzakirə üçün göndərilməsinin əleyhinə səs verib.
Hərbi ekspert: “Onları maraqlandıran gələcək işləri və rifahıdır”
“Cəbhə xəttində baş verən son hadisələr bir daha onu deməyə əsas verir ki, işğalçı ona verilən bütün göstərişləri canla-başla yerinə yetirməkdə davam edir. Bu başqa cür ola da bilməz. Axı, Ermənistan çox dəqiqliklə daxildən deyil, məhz kənardan idarə olunan və Qarabağla bağlı beynəlxalq güclərin, xüsusən də ATƏT-in Minsk qrupu tərəfindən verilən göstərişləri yerinə yetirməyə məcburdur və belə hələ uzun müddət davam edə bilər. Lakin, düşünmürəm ki, Azərbaycan hakimiyyəti bu vəziyyətlə razılaşsın”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
NATO PA sessiyasında ölkələrin ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edilib
NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində qurumun Müdafiə və təhlükəsizlik komitəsi suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnamə qəbu edib.
Azərbaycan torpaqlarının həyasızcasına işğalı davam edir
"Bütün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləyir. Ancaq həyasızcasına işğal 20 ildir ki, davam edir”.
Klinton Trampdan 1,5 milyon çox səs toplayıb
Merkel dördüncü dəfə seçkilərə qatıla bilər
Obama dünyaya səsləndi:Trampa vaxt verin
Terror XƏBƏRDARLIĞI - Bu dəfə Avropada
"Ədliyyə orqanlarının inkişafı haqqında" fərmanda dəyişiklik edildi
Prezident İlham Əliyev "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:














