Siyasət
Rusiyalı politoloqdan Dağlıq Qarabağ AÇIQLAMASI: "Mümkün deyil"
"Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya ilə ABŞ arasında hər zaman konsensus mövcud olub. ABŞ-ın yeni prezident administrasiyasının da bu münaqişənin həllinə nə qədər diqqət yönəldəcəyi sual altındadır".
Əli Həsənov Səudiyyə Ərəbistanında səfərdədir
Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir. Ər-Riyadın Kral Xalid Beynəlxalq Aeroportunda prezidentin köməkçisi Əli Həsənovu Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Altoraifi qarşılayıb.
Silahlı Qüvvələrə Yardım Fonduna 79.544.198,44 AZN daxil olub
Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna fevralın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Azərbaycan prezidenti martın əvvəlində İrana səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev martın əvvəlində İrana səfər edəcək. Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə söyləyib. "Görüş zamanı müqavilələrin imzalanacağı gözlənilir.
Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib.
"Dağlıq Qarabağ münaqişəsində xüsusi irəliləyiş görünmür" - BMT TŞ-nin sədri
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xüsusi irəliləyiş görünmür. Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri Vladimir Yelçenko bildirib.
Rusiya Ukraynaya "sürpriz" edə bilər
Rusiya Ukraynanın Donbas regionunda qurulan separatçı rejimin müstəqilliyini tanıya bilər. Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlubildirib.
İran və Ermənistanın müdafiə nazirləri arasında Qarabağ danışıqları- ŞOK
Ermənilər 21 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Səməd Seyidov: "Cocuq Mərcanlıya qayıdış o deməkdir ki, bütün torpaqlarımızı qaytaracağıq"
Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı o deməkdir ki, biz işğal altında olan bütün torpaqlarımızı qaytaracağıq.
“Prezident həmsədrlərə, beynəlxalq təşkilatlara qarşı çox güclü təzyiq rıçaqı hazırlayır”
“Cocuq Mərcanlının bərpası Azərbaycan Prezidentinin torpaqları işğaldan azad etmək istiqamətində yeni taktikasıdır”.
“Nə ABŞ, nə də başqa dövlət Dağlıq Qarabağdakı de-fakto hakimiyyəti tanımır”
"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq etməmək prinsipləri daxil olmaqla BMT Xartiyası, Helsinki Yekun Aktı əsasında davamlı həllinin əldə edilməsi üçün danışıqlar prosesini təşviq etməyə davam edəcək".
Qətər XİN başçısı: “Körfəz Əməkdaşlıq Şurası Azərbaycan üçün çox faydalıdır”
“Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında görüş nəzərdə tutulub”. Bunu Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Vüqar Rəhimzadə: "Prezidentin fəaliyyəti məmurlar üçün nümunədir"
"Azərbaycan prezidentinin fəaliyyəti, iş prinsipi hər bir məmur üçün bir nümunədir. Bu baxımdan da Ölkə başçısının da söylədiyi kimi bütün məmurların, vəzifə sahiblərinin, hakimiyyəti təmsil edən insanların əsas vəzifəsi xalqın qulluğunda durmaq, onların yaxşı yaşaması üçün öz töhfələrini uğurla yerinə yetirməkdən ibarətdir”. Bunu YAP siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.














