Siyasət
“Prezident bir daha vurğuladı ki, məmur xalqın xidmətçisidir”
“Prezident İlham Əliyevin Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söylədiyi fikirlər, yekun nitqi bir daha onu göstərdi ki, Azərbaycan bir sabitlik adasıdır”. Bunu millət vəkili Musa Quliyev deyib. O bildirib ki, dünyada gedən mənfi proseslərin təsirlərinə baxmayaraq, Azərbaycanda inkişaf var: “Bu inkişafın artıq yeni meyilləri ortaya çıxmaqdadır. Sosial müdafiə təmin olunur, əhalinin güzəranı daim dövlətin diqqət mərkəzindədir. Əhali ilə dövlət başçısı arasında sıx birlik var”.
Politoloq: "Azərbaycan bütün dünyaya erməni vəhşiliklərini nümayiş etdirəcək”
“Məcburi köçkünlərin Cocuq Mərcanlıya qayıtması böyük qayıdışın başlanğıcı, Azərbaycanın qələbəsinin davamıdır. Cənab Prezident İlham Əliyev göstərişi ilə səfirlərin və xarici dilomatik nümayəndələrin oraya səfər etmələri üçün müraciət olunub. Bütün dünya ictimaiyyəti ermənilərin orada hansı vandalizmlər törətdiklərini görməlidir”. Bunu politoloq Arzu Nağıyev deyib.
"Prezidentin göstərişi ilə məcburi köçkünlərə evlərin tikilməsi daha da sürətlənəcək"
“Məcburi köçkünlərə evlərin tikilməsi müxtəlif yerlərdə və bölgələrdə davam edir. Lakin ötən gün “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Ölkə Başçısının verdiyi tapşırıqlara əsasən, bu il işlər daha da sürətlənəcək”. Bunu millət vəkili Elman Məmmədov deyib.
Azərbaycan bu islahatlarla daha sürətlə inkişaf edəcək
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı bir neçə sahəni əhatə etdi və hesab edirəm ki, onun fikirləri hələ uzun müddət cəmiyyətdə müzakirə predmeti olacaq.
“Biz ermənilərin nazı ilə oynayası deyilik ki?”
Mənfur qonşumuz olan işğalçı Ermənistanda erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları araşdıran özbək tarixçisi Şuxrat Salamova qarşı çirkin kompaniyaya start verilib. Səbəb özbək tarixçisinin "Qarabağ: ideyalar müharibəsi" və "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitablarını ərsəyə gətirməsidir. Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Şuxrat Salamova qarşı kampaniya başlayıb. Tarixçi-publisist falsifikasiya, milliyyətçilikdə, pantürkizm, fırıldaqçılıqda ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur. Erməni icmasının nümayəndələri hətta onun evinə hücum ediblər.
Millət vəkilindən beynəlxalq təşkilatıara irad
“Erməni girovluğundakı Dilqəm Əsgərov mərd kişidir. Doğmaları narahat olmasın deyə hər cür çətinlikləri gizlədən biridir. İndiyədək yazdığı məktublardan da bu, aydınca görünürdü”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Millət vəkili qeyd edib ki, ancaq indi o, ürəyində, başında və ayağında şiddətli ağrıların olduğunu yazırsa, demək, vəziyyəti çox ağırdır: “Ermənistandakı cinayətkar-terrorçu rejimdən onun və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılmaları tələb edilməlidir. Bilirəm, həm dövlət səviyyəsində, həm də cəmiyyət olaraq bu tələblər dəfələrlə səsləndirilib. Ötən həftə AŞPA-da həmkarım Vüsal Hüseynov da qurumun baş katibindən bu məsələdə yardımçı olmalarını istəmişdi.
Ermənistana və dünyaya mesaj
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam sözügedən kənd sakinləri tərəfindən də rəğbətlə qarşılanıb. Artıq sərəncamda əksini tapmış məsələlərin icrasına start verilib.
Ermənistan Azərbaycanın artan hərbi və diplomatik gücündən narahatdır
Azərbaycanın artan diplomatik və siyasi təzyiqləri fonunda çətin duruma düşən işğalçı Ermənistanın mövcud hakimiyyəti vəziyyətdən çıxış yolları tapmaq üçün var-gəl edir. Xüsusilə, arzuedilməz situasiyanın parlament seçkiləri ərəfəsində müşahidə edilməsi Sərkisyan hakimiyyətini dalana dirəyib. Yaranmış vəziyyətdən çıxmaq, seçkilərdə hakim partiyanın qələbəsini təmin etmək üçün Sərkisyan ənənəvi müttəfiqləri olan Rusiya və İrana istiqamət götürüb. Belə ki, aqressiv və işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan Moskva və Tehrandan silahlar almaqla diplomatik və siyasi sahədə üzləşdiyi məğlubiyyəti hərbi sahə ilə tarazlaşdırmağa çalışır. Ancaq Sərkisyanın bu cəhdlərinin də səmərəsiz olacağı aydın görünür.
Dərin islahatlar nəticəsində ölkənin inkişafı təmin edilib
Yanvarın 30-da Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş nitq söyləyən dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilə bilər - Rusiyanın iştirakı ilə
"Bəzi təkliflər var ki, Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin.
"Trampın müsəlman ölkələri ilə bağlı qərarına düzəliş edilməlidir" - ŞƏRH
“Prezident Donald Trampın bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinin qadağan edilməsinə dair sərəncamında dəyişikliklərin edilməsi zəruridir”. Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib. O bildirib ki, əgər həmin ölkələrdən olan şəxslərin Birləşmiş Ştatlarda yaşamaq hüququ varsa, onlara həmin ölkədə taşamağı qadağan etmək doğru deyil: “Eyni zamanda qərar verilməzdən əvvəl qanuni şəkildə ABŞ-a viza alan şəxslərin təyyarələrdən düşürülməsi də tamamilə qanuna ziddir. Ona görə də bu məsələlərdə yəqin ki, düzəlişlər ediləcək”.
Politoloq: “Qara təbliğat öz əks effektini verdi”
“Keçən ilin aprel döyüşləri zamanı əldə olunan nailiyyətlərdən sonra ordumuzun işğaldan azad olunmuş yüksəkliklərdə möhkəmlənməsi bu mövqelərin bir daha düşmənə təslim edilməyəcəyi əminlyini yaradır. Bəzən “Aprel” əməliyyatının mahiyyətini azlatmaq cəhdlərinə də rast gəlirik.Bu ən azından Vətən torpağı uğrunda şəhid olan əsgərlərimizin ruhuna qarşı edilən bir hörmətsizlikdir”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
"Azərbaycan və Qətərin mövqeləri beynəlxalq məsələlərdə üst-üstə düşür"
"Azərbaycan və Qətər arasında əməkdaşlıq hər gün inkişaf edir. Bizim mövqelərimiz beynəlxalq məsələlərdə üst-üstə düşür".
"Əsgərimizin meyidinin qaytarılmaması həmsədrlərlə müzakirə ediləcək"
"Əsgərimizin meyidinin geri verilməməsi antihumanist hərəkətdir". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"BMT qətnamələri xahiş etmir, tələb edir!"
"Dağlıq Qarabağ məsələsində Azərbaycana göstədiyi dəstəyə görə Qətər dövlətinə minnətdarlığımızı bildiririk". Bunu xarici işlər naziri Elmar Məmmədyarov Qətərin xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.














