Siyasət
Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Araz Əlizadə: AXCP-Müsavat cütlüyü "Bəlkə də qaytardılar" ümidi ilə yaşayır
AXCP-Müsavat cütlüyü “Bəlkə də qaytardılar” ümidi ilə yaşayır. Bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.
Qənimət Zahid hansı məmurları təhdid edərək pul alıb...
İcra hakimiyyəti orqanları digər dövlətlərin təyyarələrində yoxlamalar apara biləcək
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq.
Ukrayna XİN Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb
Ukrayna XİN Donbas regionunda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb. Ukraynanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bəyanatda deyilir: "XİN məsələ ilə bağlı dərin narahatlıq keçirir. Son günlər Rusiya işğalçı qüvvələri bütün silah növlərindən, o cümlədən Minsk razılaşmalarına görə, istifadəsinə qadağa qoyulan “Qrad” reaktiv yaylım atəşi sistemindən, 152 və 155 mm kalibrli artilleriya qurğularından, 120 və 82 mm kalibrli minaatanlardan, tanklar və atıcı silahlardan istifadə edib. Nəticədə 8 ukraynalı hərbçi ölüb, 26-sı xəsarət alıb. Yaşayın məntəqələrinin atəşə tutulmasına görə iki dinc sakin yaralanıb. Avdeyevka və Yasinovataya şəhərlərinin təchizatı tamamilə dayandırılıb. Regionda yaşayan 400 mindən çox sakin su və elektriksiz qalıb”.
Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Matias Dornfelt Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə görüşə bilər
ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın ortalarında Münhen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.
Cocuq Mərcanlıya qayıdış Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə mesajdır
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı tarixi və siyasi əhəmiyyətə malik sənəddir. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Müsavatın AXCP planları – kim-kimə güc gələcək? TƏRS BAXIŞ
Bir müddətlik sakitlikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat partiyası arasındakı ənənəvi intriqaçılıq qığılcımı yenidən alovlanmağa başlayıb. Lakin daha öncəkilərdən fərqli olaraq, bu dəfə Müsavat tərəfi AXCP-yə qarşı ilginc hücum taktikası seçərək, cəbhəçiləri ikitirəlik salmaqda və düşərgəyə xəyanətdə ittiham edib. Əslində isə heç də yeni mövzu olmayan və davamlı olaraq baş qaldıran hər iki partiya arasındakı ziddiyyətlər ilk baxışdan təəccüblü görünməsə də ümumilikdə, belə vəziyyətdə ictimai rəyə, xüsusilə siyasətlə maraqlanan kəsimə yeni detallar bəlli olmağa başlayır. Daha dəqiq desək, ifşaolunma faktorunun təməli məhz bu kimi qarşıdurmalardan qaynaqlanır.
Türkiyəyə müharibə elan edəcəkdilər - Gizli toplantının ŞOK DETALLARI
Leoni Mergenin “Qarabağ kolleksiyası” “ L’Oreal Professionnel” brendinin illik tədbirində
Ötən gün Almaniyanın paytaxtı Berlində keçirilən “L’Oreal Professionnel” brendinin illik tədbirində gənc almaniyalı dizayner Leoni Mergenin öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” şirkətin iki yüzə yaxın nümayəndəsindən ibarət özəl auditoriya qarşısında təqdim edilib. Qeyd edək ki, “L’Oreal” 22 milyard avro gəliri və 77 min işçisi olan dünyanın ən böyük kosmetika şirkətidir. Bu kolleksiyada Qarabağ mövzusu və mədəni irsi təqdim olunub.
Cocuq Mərcanlı kəndində iki mədəniyyətin toqquşması baş verməkdədir
2015-ci ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan iqtisadiyyatı əvvəlcədən müəyyən edilmiş düzgün yol əsasında öz inkişaf tempini davam etdirdi. Bunu şərtləndirən başlıca amil isə zamanında ölkənin postneft dövrünə hazırlanması idi. Bu mənada 2004-cü ildən etibarən mərhələli olaraq həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları müstəsna rol oynayır. Ötən illər ərzində sözügedən proqramların icrası və əldə edilən nailiyyətlər bunu bir daha sübut edib. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən 2014-2018-ci illər üzrə Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü ilinin yekunlarına dair iclasında da bu fakt bir daha öz təsdiqini tapdı.
Tramp Ermənistanı fəlakətə sürükləyir
Regional proqramlarının icrası bölgələrdə inkişafı təmin edib
Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan iclasında dövlət başçısı İlham Əlyevin geniş və məzmunlu çıxışından gəlinən qənaət ondan ibarət oldu ki, sözügedən proqramların icrası ölkənin simasını tamamilə dəyişib, bütün istiqamətlərdə inkişafa nail olunub.














