Siyasət

Elman Nəsirov: "AXCP-Müsavat cütlüyünün heç bir mənəvi haqqı yoxdur"

2 Fevral 2017 11:51

"AXCP-Müsavat cütlüyünün hakimiyyətinə xalqımız cəmi 1 il dözdu və onlar hakimiyyətdə olduğu müddət insanların yaddaşında xaos illəri kimi qaldı".Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Prezidentin köməkçisi Səudiyyə Ərəbistanının SPA agentliyində olub

2 Fevral 2017 11:49

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Xəbər Agentliyinin (SPA) baş ofisində agentliyin prezidenti Abdullah bin Fəhd əl-Hüseynlə görüşüb.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

2 Fevral 2017 11:35

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Azərbaycan və Türkiyə arasında gediş-gəlişin sadələşdirilməsi məsələləri müzakirə edilib  

2 Fevral 2017 11:34

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə xarici işlər nazirinin müavini Ahmed Yıldız ilə görüşüb.

Erməni tərəfi yalan məlumat yayır

2 Fevral 2017 11:31

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə açıqlamanı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib. Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Milli Məclis Milli Şuranın qərarını ləğv etsə...

2 Fevral 2017 11:30

“Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir”. Bu təkliflə Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edib. Deputat bildirib ki, İrəvan da daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kv.km torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırılmalıdır. Tarixçi deputat Fəzail İbrahimli həmkarının təklifinə münasibət bildirib. Deputat deyib ki, Y.Mahmudovun təklifini düzgün başa düşmək lazımdır: 

Ermənilər nə mümkündürsə, qarət ediblər

2 Fevral 2017 11:25

“Keçirilən konfransda Ölkə başçısının səsləndirdiyi fikirlər mənə çox tanış mənzərədir. 2001-ci ildə ATƏT xətti ilə biz səfir Anjey Kasprşikin rəhbərliyi altında Ermənsitana və işğal altında olan Azərbaycan ərazilərinə-Şuşaya, Xankəndinə səfərə gedəndə, o vaxt biz jurnalistlər çox təkid elədik ki, bizi Ağdama və Füzuliyə də aparsınlar. Amma ermənilər buna icazə vermədilər. Hətta, biz Şuşamıza gedəndə Laçından keçəndə bizə adi foto və video görüntü çəkməyə belə imkan vermirdilər. Amma, mən ordan çox qiymətli görüntülər əldə edə bildim”. Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Siyavuş Novruzov: Xaricdəki havadarları İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir

1 Fevral 2017 18:41

Gəncləri ortaya atıb, sonra qaçıb gizlənmək İsa Qəmbərin köhnə peşəsidir. Bunu  YAP icra katibinin müavini, Milli Məclisin İctimai biriklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Məlahət İbrahimqızı: “Prezidentin uğurlu siyasət “5-ci kolon”u ciddi narahat edir”

1 Fevral 2017 18:40

“İsa Qəmbərin anti-Azərbaycan ruhlu çağırışlar etməsi, ölkəmizdə süni ajiotaj yaratmağa cəhd etməsi və puç olmuş, heç bir əhəmiyyət kəsb etməyən primitiv siyasi şüarlarla yenidən “aktiv”ləşməsi radikal müxalifəti daha dərin uçuruma yuvarlayacaq. Bu admalar iqtidarda olduqları müddətdə ölkəmizə şok yaşatdılar, rayonlarımız işğal olundu, dövlət büdcəsi talan olundu, ölkədə vətəndaş müharibəsi başladı. İndi bu adamlar 25 ildən sonra “dirçəl”iblər, inkişaf etmiş, dünya arenasında özünəməxsus yer qazanmış Azərbaycanı yenidən uçuruma aparmağa çalışırlar. Ancaq bu arzu onların ürəklərində qalacaq. Təbii ki, bu cür sapı özümüzdən olan baltaları dəstəkləyən bəzi xarici dairələrin ölkəmizlə bağlı hazırladıqları planlar alt-üst olacaq. Necə ki, belədir”. Bu fikirlər  millət vəkili Məlahət İbrahimqızı bildirib.

Elçin Mirzəbəyli: “İsa Qəmbərin antimilli siyasətinin girovuna çevrilmiş Müsavata yer yoxdur” 

1 Fevral 2017 18:38

“İsa Qəmbərin və onun Müsavatının nə Məmmədəmin Rəsulzadəyə, nə tarixi Müsavat Partiyasına, nə də Azərbaycan Xalq Cümhuriyyətinə heç bir aidiyyatı yoxdu. Ən azı ona görə ki, Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura Azərbaycanın dövlət müstəqilliyini elan etmişdi, İsa Qəmbərin təmsil olunduğu “Milli Şura” isə Azərbaycanın müstəqilliyinə, suverenliyinə qəsd etməyi qarşısına məqsəd qoymuşdu”. Bu fikirləri BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirib.

Erməni lobbisinin sifarişini icra etmək uğrunda mübarizə aparanlar

1 Fevral 2017 18:31

Dünya siyasətçilərı sırasında zəkası, idrakı və əməli fəaliyyəti ilə seçilən Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi düşünülmüş siyasəti ilə ciddi uğurlara imza atıb. Elə bu naliyyət də beynəlxalq aləmdə həm də təşəbbüskar dövlət başçısı imicini qazanmış İlham Əliyevin uğurlu daxili və xarici siyasətini həzm etməyən qüvvələrin narahatlığına səbəb olub.

Steffan de Mistura: “Suriya hökuməti danışıqlarda güzəştlər barədə ciddi düşünməlidir”

1 Fevral 2017 18:25

Suriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın 20-dək təxirə salınıb. Bunu BMT baş katibin xüsusi nümayəndəsi Steffan de MisturaBMT Təhlükəsizlik Şurasında keçirilən brifinqdə deyib. 

“5-ci kolon”un planı baş tutmayacaq ANALİZ

1 Fevral 2017 18:11

Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər yenidən dirçələcəklərini sanırlarsa, yanılırlar