Siyasət

Belarus o halda Lapşini Azərbaycana verməzdi ki...

9 Fevral 2017 11:49

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarusda saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi qanunlar çərçivəsində həyata keçirilib.

Lapşin əməllərinə görə məhkəmə qarşısında cavab verəcək

9 Fevral 2017 11:43

"Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası beynəlxalq hüquq normalarına uyğundur".

Lapşinin ekstradisiyası Azərbaycanın qətiyyətini göstərir

9 Fevral 2017 11:39

“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması kifayət qədər diqqəti cəlb edən və əhəmiyyətli bir hadisədir”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Elnur Hüseynzadənin azad olunmasına çalışacayıq

9 Fevral 2017 11:30

“Ümumiyyətlə bizlər düşmənin təxribat xarakterli informasiyalarına istinad etməməliyik və ona əsaslanmamalıyıq, onu yaymamalıyıq. Biz informasiyalarda Azərbaycanın müvafiq qurumlarının informasiya mənbələrinə istinad etməliyik”. Bunu millət vəkili Elman Məmmədov deyib.

Lapşin kimi psevdopatriotlar separatizmə, millətlərarası ədavətə rəvac verirlər

9 Fevral 2017 11:28

“Azərbaycan qanunlarına hörmətsizlik göstərən, bir müddət özünü çox yekəxana və lovğa aparan Aleksandr Lapşinin Azərbaycana gətirilməsi çox ciddi hadisədir. Çünki, A.Lapşin kimi psevdopatriotlar dünyada separatizmə, millətlərarası ədavətə rəvac verirlər. Yəqin ki, Lapşinin özü və ona dəstək verən erməni-rus dostları Bakıya gətirilərkən hava limanında onun miskin baxışlarını ömürlərinin sonlarına kimi unutmayacaqlar”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Millət vəkili: "Ermənistan öz xalqına hörmət etməyən rejimin əlindədir"

9 Fevral 2017 11:27

“Ermənistan artıq öz xalqına hörmət etməyən rejimin əlindədir. Çünki Ermənistanın keçmiş baş naziri ifadə edir ki, Metsamor AES Azərbaycan və Türkiyəyə qarşı onların əlində silahdır. Düzdür, orada partlayış olsa Azərbaycan və Türkiyə zərər çəkəcək, lakin bu, ilk olaraq Ermənistan əhalisinə böyük ziyan vuracaq.  Belə bir mövqe göstərir ki, düşmən ölkədə mövcud olan rejim öz əhalisinə qarşı bivec və Rusiyanın istəyinə uyğun davranır”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.

İrəvana sarsıdıcı ZƏRBƏ

9 Fevral 2017 09:16

Aleksandr Lapşinin ekstradisiyası Azərbaycan dövlətinin uğurudur

8 Fevral 2017 18:47

“Aleksandr Lapşinin ekstradisiya olunması Azərbaycan dövlətinin uğurudur. Bu, Azərbaycan dövlətinin güclü olmasının göstəricisidir. Lapşinin ekstradisiyası həm də Azərbaycan hakimiyyətinin nüfuzunun möhkəmlənməsinə xidmət edir”.

"Gənclərimizin Lapşinə cavabları həmişə bloklanırdı"

8 Fevral 2017 18:30

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək işğal olunmuş ərazilərə daxil olması Azərbaycan qanunvericiliyinə, beynəlxalq hüquq normativlərinin seperatçı rejim haqqında beynəlxalq hüquq normalarına uyğun çıxarılan qərarlara zidd bir hərəkət idi.

Belarusdan dünyaya nümunə ola biləcək addım

8 Fevral 2017 17:58

Azərbaycan bu günlərdə daha bir diplomatik nailiyyət əldə etdi. Ermənistanın, bəzi hallarda isə Rusiyanın proseslərə müdaxilə etməsinə baxmayaraq işğal altında olan ərazilərə qeyri-qanuni səfər edərək separatçı Dağlıq Qarabağ rejimini hər addımda təbliğ edən bloger Aleksandr Lapşin Azərbaycana təhvil verildi.  İsrail, Rusiya və Ukrayna vətəndaşı olan Lapşinin Azərbaycana təhvil verilməməsi üçün Belarus dövlətinə göstərilən təzyiqlərər baxmayaraq rəsmi Minsk həm siyasi iradə və prinsipiallıq, həm də beynəlxalq hüquq və normalara hörmət göstərək separatçıların təbliğatçısı rolunu oiynayan Aleksandr Lapşini Azərbaycana ekstradisiya etdi.

"Azərbaycanla hesablaşmayanların aqibəti Lapşinin aqibəti kimi ola bilər"

8 Fevral 2017 17:27

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, anti-Azərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası ədalətin təntənəsidir.

Rusiyanın Bakıdakı səfirliyi hökümətə müraciət etdi - Lapşinə görə

8 Fevral 2017 17:25

Rusiyanın Azərbaycandakı səfirliyi hökumətdən bloger Aleksandr Lapşinlə görüş təşkil olunmasını xahiş edib. Bu sözləri Rusiyanın Belarusdakı səfirliyinin konsulluq şöbəsinin nümayəndəsi deyib.