Siyasət
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi
Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından bir sıra yeniliklərlə müşahidə olundu. Belə ki, dövlət başçısı səfər çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan tutmuş bu əməkdaşlığın daha da yüksək səviyyəyə yüksəldilməsinə hesablanmış strateji sazişlə bağlı sənədin hazırlanmasına dair məsələlər ətrafında müzakirələr aparılıb.
Minskdən prinsipiallıq nümayişi
Rusiyalı blogger Aleksandr Lapşin Belarusdan Azərbaycana esktradisiya ətrafında söz-söhbətlər davam edir. Sözügedən ekstradisiyadan bərk narahatçılıq keçirən və hiddətlənən Ermənistan hətta Minsk ilə münasibətlərə yenidən nəzər yetirmək barədə düşünür. Bu hal isə heç şübhəsiz ki, hər zamankı kimi Azərbaycanın maraqlarına xidmət edir və işğalçı ölkə diplomatik sahədə daha bir uğursuzluq yaşadığını ortaya qoyur.
Latviya XİN rəhbərinin Azərbaycana səfərinin vaxtı açıqlandı
Latviyanın xarici işlər naziri Edqars Rinkeviç fevralın 11-14-də Azərbaycana işgüzar səfərə gələcək. Səfər çərçivəsində yüksək səviyyədə ikitərəfli görüşlər keçiriləcək, tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanlarını müzakirə edəcəklər.
İlham Əliyev: "Ermənistanın növbəti təxribat törətməkdə məqsədi üzv olduğu təşkilatı bu işə cəlb etmək idi"
Ermənistanın növbəti təxribat törətməkdə məqsədi üzv olduğu təşkilatı bu işə cəlb etmək idi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.
Polkovnik: "Ermənilər özlərini növbəti dəfə gülünc vəziyyətə qoydular"
Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupunun həmləsinin dəf edilməsi zamanı şəhid olan Çingiz Qurbanovun nəşi belə ermənilərə ciddi problemlər yaratdı.
Qazaxıstanlı ekspert: "Lapşinin ekstradisiyası başqaları üçün dərs olacaq"
Aleksandr Lapşinin ekstradisiyası başqaları üçün dərs olacaq ki, rəsmi Bakının icazəsi olmadan işğal olunmuş ərazilərə getmək olmaz və Azərbaycan dövlətinə hörmət etmək lazımdır.
Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquqa əsaslanır
"Bir neçə dövlətin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın qanunlarını pozaraq işğal altında olan ərazilərə səfər edib, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğini aparmağa çalışıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı açıq çağırışlar edib".
Qarabağ danışıqlarında YENİ DÜSTUR: Bakının həmləsindəki SİRR
“Lapşinin ekstradisiyası ilə Bakı Dağlıq Qarabağ münaqişəsinin nizama salınma prosesinə təsir edə biləcək ciddi vasitə əldə etdi”. Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
Çingiz Qurbanov bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.
Azərbaycanla Belarus arasında dostluq münasibətlərinin nümunəsi
Bu günlərdə Ermənistan cəmiyyəti başda işğalçı ölkənin prezidenti Serj Sərkisyan olmaqla dərin məyusluq içərisindədir. Aprel uğursuluğunun fəsadlarını aradan qaldırmağa müvəffəq olmadan Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam, eləcə də qəhrəman şəhidimiz Çingiz Qurbanovun nəşinin geri alınması istiqamətində əldə etdiyimiz nailiyyət, bu günlərdə isə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək işğal altında olan Dağlıq Qarabağa səfərlər edərək separatçı rejimin təbliğatçısı rolunda çıxış edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası İrəvan üçün şok effekti yaradıb.
Bakıdan sərt mövqe - Lapşin üçün boğazını yırtanlar Dilqəmi heç yada salmaq istəmirlər
"Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya olunması ilə bir daha əmin olduq ki, prezident İlham Əliyevin dünya siyasətçiləri içərisindəki şəxsi nüfuzu Azərbaycanın bir çox məsələlərində öz sözünü deyir. Bu, birmənalıdır və vacib faktordur. Bu məsələ bir daha göstərdi ki, prezident İlham Əliyev milli maraqlar naminə qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq arenada effektli siyasət yürüdən, böyük hörmət və nüfuza malik siyasi liderdir".
Belarus Lapşinin ekstradisiyası zamanı beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirib
Belarus bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası zamanı beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirib.
Prezident İlham Əliyev: "Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik"
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 34-cü cildi Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Valdis Zatlersə təbrik məktubu ilə başlanır.
Cəbhədə erməni təxribatı davam edir
"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar, Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan hökuməti Lapşinin ekstradisiyası ilə bütün dünyaya mesaj verdi
"Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası ilə Azərbaycan hökuməti bütün dünyaya "Azərbaycan ərazisinə icazəsiz gələn istənilən şəxsi belə bir aqibət gözləyir" mesajinı çatdırır".














