Siyasət

"Ciddi bir saytda erotik şəkillərin yayımlanması yolverilməzdir" - Əflatun Amaşovdan SƏRT XƏBƏRDARLIQ

9 Fevral 2017 16:35

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov son vaxtlar mətbuatda etik normalara uyğun olmayan, çılpaq şəkillərlə xəbərlərin yayımlanmasına sərt münasibət bildirib.

"Azərbaycan "Metsamor" AES-in vəziyyətindən narahatdır"

9 Fevral 2017 16:29

Biz "Metsamor" AES-lə bağlı vəziyyətdən narahatıq. Bu sözləri "RİA Novosti"yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, bu stansiya tamamilə köhnəlib və "Çernobl variantı"na keçib: "Xoşbəxtlikdən "Rosatom" hansısa əlavə vəsaitlər verir. Lakin ümumilikdə bu, istifadəyə yararlılıq müddəti keçmiş elektrik stansiyasıdır. Əgər nəsə baş versə, bundan tək Ermənistan zərər görməyəcək. Çernoblın təsirləri İsveçə kimi gedib çıxıb və nəticələri hələ də indiyə kimi məlum deyil". 

Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğunu nəzərə alırıq

9 Fevral 2017 16:09

Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu Moskva və Yerevanın öz işdir, lakin Bakı bunu hər zaman nəzərə alır.  Bu sözləri "RİA Novosti"yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. O xatırladıb ki, həmin hərbi baza orada Sovet İttifaqı dövründən mövcuddur: "Orada NATO üzvü Türkiyə ilə sərhəddə kifayət qədər güclü hərbi qrup olub. İndiki halda Rusiya və Ermənistan bunu özləri müəyyən etməlidir. Lakin, əlbəttə ki, təhdid və çağırışları nəzərə alaraq biz də gözüaçıq olmalıyıq". 

Rusiyalı politoloq: “Lapşin qanun qarşısında cavab verməlidir”

9 Fevral 2017 16:00

“Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını müsbət  qiymətləndirirəm”. Bunu rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan prezidenti: “TANAP-la bağlı işlər vaxtında tamamlanacaq” - YENİLƏNİB

9 Fevral 2017 16:00

Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğulayıb.

Deputat: "Lapşinin ekstradisiyası Ermənistanın məğlubedilməzlik mifini növbəti dəfə dağıtdı"

9 Fevral 2017 15:58

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası növbəti dəfə ermənilərin məğlubedilməzlik mifini dağıtdı, Ermənistanda xalq ilə hakimiyyət arasında uçurumu bir az da dərinləşdirdi.

Deputat: “Lapşin Ermənistan girovluğundakı 3 azərbaycanlı ilə dəyişdirilsin”

9 Fevral 2017 15:49

 “Hazırda erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. O, uzun müddətdir ki, erməni girovluğundadır. Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Qarabağa öz dədə-baba yurdlarını, əzizlərinin qəbirlərini ziyarət etmək üçün getmişdilər. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da, Kreml bununla bağlı səsini çıxarmır. Rusiya Ermənistandan tələb etmir ki, Qarabağa getməyə görə, adamı həbs etməzlər.

Belarus beynəlxalq hüquq normalarına söykənərək Lapşini Bakıya verdi

9 Fevral 2017 15:48

 “2016-cı il aprel hadisələri Azərbaycan tarixində Qarabağın işğaldan azad edilməsi istiqamətində dönüş nöqtəsidir. Bunu yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qəbul edirlər. Hətta, düşmən Ermənistan da hadisələr vaxtı Azərbaycanın hansı gücə malik olduğunu gördü və qəbul etdi. 2016-cı ilin aprel ayından bu yana Ermənistanda ciddi narahatçılıq var”.

Lapşin kamerada tək saxlanılır

9 Fevral 2017 15:47

Vəkili Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və ölkəmizə ekstradisiya olunan israilli bloqqer Aleksandr Lapşinlə görüşüb. Bu barədə Lapşinin hüquqlarını müdafiə edən vəkil Səfər Hüseynov məlumat verib.

Azərbaycanın düşmən üzərində psixoloji qələbəsi

9 Fevral 2017 15:43

Ermənistan son günlərdə biri-birinin ardınca üzləşdiyi diplomatik uğursuzluqları ört-basdır etmək üçün yenidən ənənəvi aqressiv mövqeyini nümayiş etdirməyə başlayıb. Həmişə olduğu kimi işğalçı ölkənin rəhbərliyi bu dəfə də Qarabağ kartından istifadəyə üstünılük verib. Daha doğrusu Sərkisyan hakimiyyəti üzləşdiyi diplomatik uğursuzluğa qarşı artan etirazları cəbhə xəttində yeni-yeni təxribatlar törətməklə yoluna qoymaq istəyir. Elə son günlər cəbhədə baş verən erməni təxribatları da belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi Ermənistanın silahlı qüvvələri fevralın 7-dən başlayaraq Azərbaycan ordusunun mövqelərini top və minamyotlardan atəşə tutmağa başlayıb.

Ermənistan beynəlxalq hüquqa sayğısızlıq göstərir

9 Fevral 2017 15:41

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi Ermənistan və ermənipərəst qüvvələrin əndişələnməsinə səbəb olub. Artıq erməni diasporası öz havadarlarının ciddi dəstəyi ilə anti-Azərbaycan və anti-Belarus kampaniyasına start verib. Hətta bu kampaniya açıq şəkildə etiraz aksiyaları ilə müşayət olunmaqdadır.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi

9 Fevral 2017 15:35

Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından bir sıra yeniliklərlə müşahidə olundu. Belə ki, dövlət başçısı səfər çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan tutmuş bu əməkdaşlığın daha da yüksək səviyyəyə yüksəldilməsinə hesablanmış strateji sazişlə bağlı sənədin hazırlanmasına dair məsələlər ətrafında müzakirələr aparılıb.

Minskdən prinsipiallıq nümayişi

9 Fevral 2017 15:30

Rusiyalı blogger Aleksandr Lapşin Belarusdan Azərbaycana esktradisiya ətrafında söz-söhbətlər davam edir. Sözügedən ekstradisiyadan bərk narahatçılıq keçirən və hiddətlənən Ermənistan hətta Minsk ilə münasibətlərə yenidən nəzər yetirmək barədə düşünür. Bu hal isə heç şübhəsiz ki, hər zamankı kimi Azərbaycanın maraqlarına xidmət edir və işğalçı ölkə diplomatik sahədə daha bir uğursuzluq yaşadığını ortaya qoyur.

Latviya XİN rəhbərinin Azərbaycana səfərinin vaxtı açıqlandı

9 Fevral 2017 15:27

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç fevralın 11-14-də Azərbaycana işgüzar səfərə gələcək.  Səfər çərçivəsində yüksək səviyyədə ikitərəfli görüşlər keçiriləcək, tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanlarını müzakirə edəcəklər.

İlham Əliyev: "Ermənistanın növbəti təxribat törətməkdə məqsədi üzv olduğu təşkilatı bu işə cəlb etmək idi"

9 Fevral 2017 15:26

Ermənistanın növbəti təxribat törətməkdə məqsədi üzv olduğu təşkilatı bu işə cəlb etmək idi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.